Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
12:08, 21 iyun 2022
378
0

"Aeroflot" Tu-214-ü öz donanmasının baza modeli hesab edir, - RF nəqliyyat naziri


Aeroflot yerli Tu-214 təyyarəsini öz donanması üçün əsas modellərdən biri hesab edir.

Bu barədə Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev “Rossiya 1” telekanalının efirində deyib.

“Tu-214 hava yollarının, xüsusən də Aeroflotun tədricən keçəcəyi əsas modellərdən biridir”, - deyə nəqliyyat naziri vurğulayıb. O, həmçinin uçuşların təhlükəsizliyi ilə bağlı narahat olmamağa çağırıb, çünki bu, aviasiyada qeyd-şərtsiz prioritetdir.

“Rusiyanın aviasiya sənayesində və hava nəqliyyatı sahəsində tam miqyaslı idxal əvəzlənməsinə ehtiyacı var. Yerli Tu-214 təyyarəsinin yerli hava daşıyıcıları tərəfindən baza modeli kimi istifadəsi bu yolda mühüm addımdır və dövlət başçısının Rusiya Federasiyasının aviasiya sənayesinin inkişafı ilə bağlı əvvəllər qəbul etdiyi qərarların birbaşa həyata keçirilməsidir" - Birləşmiş Təyyarə Korporasiyasının Direktorlar Şurasının üzvü, Rusiya Federasiyasının Vətəndaş Palatasının sədr müavini Aleksandr Qaluşka isə bu barədə fikrini belə ifadə edib.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)