Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
19:16, 04 iyun 2022
429
0

Rusiya neon, arqon, helium və digər inert qazların xarici bazarlara çıxarılmasını məhdudlaşdırdı

Rusiya Federasiyası Hökumətinin qərarı ilə bu ilin sonuna qədər Rusiyadan inert qazların ixracını məhdudlaşdırılır. Siyahıya neon, arqon, helium və bir sıra digərləri daxil olan bütün inert qazlar daxildir.

Bu qazlar yarımkeçiricilərin istehsalı üçün istifadə olunur, onlardan mikrosxemlər hazırlanır. Mikrosxemlər bir çox növ məhsulda elektronika üçün lazımdır(gadcetlərın, avtomobillərin, naviqasiya sistemlərinin və s.).

Dünyanın neon istehlakının 30%-i Rusiya tərəfindən təmin edilir. İndi bu qazın ixracı yalnız Rusiya hökumətinin xüsusi qərarı ilə mümkün olacaq. Ekspertlərin fikrincə, bu, Rusiya Federasiyasına və onların mikroelektron fabriklərinə qarşı sanksiyalar tətbiq edən ölkələr üçün, çox həssas məsələ ola bilər.

Belə bir qərar əslində o deməkdir ki, Xarici ölkələr lazımi mikroelektronik məhsulların Rusiyaya əks tədarükü müqabilində inert qazlar tədarük edə biləcəklər.

Başqa sözlə, təsir əks təsirə bərabərdir. Döymə taxta qapımı, döyməyim dəmir qapını.

Mənbələr:  http://publication.pravo.gov.ru/Document/View/0001202205310029
https://iz.ru/1343367/2022-06-01/rossiia-do-kontca-goda-ogranichila-eksport-inertnykh-gazov

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)