Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
Rusiya sanksiya müharibəsində inamla qalib gəlir – Çexiya mətbuatı
Ən qədim çex nəşri olan Lidovki deyir ki, sanksiyalar müharibəsində Rusiyanın işləri yaxşı gedir, o, qalib gəlir.
Cəmi bir neçə həftə əvvəl Avropa İttifaqı Rusiya qazının pulunu rublla ödəməyəcəyini bəyan etmişdi. İndi nə baş verir? Demək olar ki, hər kəs rublla ödəyir.
Rusiyanın ixrac etdiyi demək olar ki, hər şeyin qiyməti qalxıb. Bu malların sırasına təkcə enerji daşıyıcıları və buğda deyil, həm də nikel, titan, alüminium, mis və palladium da daxildir.
Alman sənayesinin nümayəndələri təkcə çox bahalı enerjiyə görə deyil, həm də çoxlu metal çatışmazlığına görə “ulayırlar”. Eyni zamanda Rusiya Asiya ölkələrinə tədarükünü artırmaqdadır.
Rusiya ilin əvvəlindən rekord ixrac gəliri əldə edib, rekord ticarət profisitinə nail olub. Bu gəlirlər təkcə bu il Qərbin dondurduğu aktivlərdən çox olacaq - Lidovki belə qənaətlə məqaləsini bitirir.
Mövzu linkləri:
Həmçinin oxuyun: