Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
ROSSTAT: 2022-ci ilin birinci rübündə Rusiya iqtisadiyyatı 3,5% artıb
Rusiya Federasiyasının statistika komitəsi olan Rosstat-ın rəsmi məlumatları bir qədər əvvəl 2022-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsulun artımını 3,7% qiymətləndirən İqtisadi İnkişaf Nazirliyinin təxminlərinə çox yaxındır.
Rosstat 2022-ci ilin birinci rübündə ÜDM-ni hesablayarkən aşağıdakı iqtisadi fəaliyyət növləri üzrə artım göstərən sənaye statistikası göstəricilərindən istifadə edib:
sərnişin dövriyyəsi (+18,1%);
mədənçilik (+8,5%);
emal sənayesi (+5,1%);
su təchizatı, kanalizasiya, tullantıların toplanması və utilizasiyası, çirklənmənin aradan qaldırılması üzrə fəaliyyətlər (+4,9%);
tikinti (+4,5%);
yük dövriyyəsi (+4,1%);
topdansatış dövriyyəsi (+3,6%);
pərakəndə dövriyyə (+3,5%);
kənd təsərrüfatı (+1,9%)”.
Belə getsə Rusiya ilin axırında Avropa iqtisadiyyatının dağıntılarının dərəyə foğru necə dığırrandığına yüksək nöqtələrdən tamaşa edəcək.
Mövzu linkləri: