Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
Geopolitik mübarizənin böyük qalası - Zmeynı adası
Cəmil Şirvanov
Ukraynadakı Xüsusi Hərbi Əməliyyat başlayandan Rusiyanın ilk olaraq ələ keçirdiyi obyektlərdən biri Zmeynı adası oldu. Niyə məhz bu ada? Çünki həmin ada çox mühüm geopolitik, hərbi-strateji əhəmiyyətə malikdir. Ən uzaq nöqtələri arasında məsafənin 662 metr olan bu balaca ada yerləşmə məkanına görə çox əhəmiyyətlidir.
Bu adaya nəzarət edən ölkə orada özünün müxtəlif növ kəşfiyyat və sahil-mühafizə sistemlərini yerləşdirərək böyük bir məkana nəzarət edə bilər. Rumıniya kimi NATO ölkəsinə çox yaxın yerləşdiyinə görə orda yerləşən NATO SQ-yə nəzarət etmək, ümumiyyətlə isə Qara dənizin bütün sahillərinə nəzarət etmək üçün mühüm nöqtədir.
Bundan başqa, Ukraynada ABŞ-ın əsas nəfəsliyi rolunu oynayan Odessa limanlarını da burdan nəzarətə götürmək imkanı isə xüsusi əhəmiyyət kəsb edir. ABŞ-ın son 8 ildə Ukraynaya yeritdiyi və Ukraynadan çıxartdığı bütün növ məhsulların tranzit koridoru, o cümlədən, qeyri-qanuni transit koridoru Odessa limanları vasitəsilə fəaliyyət göstərirdi. Zmeynı adası Rusiya tərəfindən alındıqdan sonra ABŞ-ın bu koridoru problemlər yaşamağa başladı və bir qədər sonra tamamilə funksiyasını itirdi. Belə bir tranzitin itirilməsi ABŞ üçün daha böyük itkidir, nəinki Ukraynanın hansısa böyük vilayətinin Rusiyanın nəzarətinə keçməsi. Çünki ABŞ bu koridor vasitəsilə Ukraynaya istədiyi malı və canlı qüvvəni soxur, istədiyini də ordan çıxarırdı. Təsadüfi deyil ki, Ukrayna anbarlarında qalan taxıla göz dikən ABŞ və müttəfiqləri həmin taxılı yalnız bu koridoru işə salmaqla təhlükəsiz daşıya bilərlər deyə son günlərdə adanı yenidən nəzarətə götürmək üçün böyük hücumlar təşkil etdilər. Koridoru açıb taxılı və digər qida ehtiyatlarını rahat daşımaq əsas məqsəd idi.
Lakin Rusiya hadisələrin bu cür inkişafına hazır idi. Ona görə də qurbanlar versə də adanı, avtomatik olaraq Odessa limanlarına nəzarəti əldən vermədi. Rusiya Odessanı ağır döyüşlərlə bütünlüklə almaqdansa balaca bir adanı alıb geopilitik rəqibi üçün nəinki Odessanı mənasız bir lokasiyaya çevirdi, hətta Qara dəniz hövzəsində əhəmiyyətli üstünlük əldə etdi.

Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Suriya və Ukrayna "cənub" və "qərb" geopolitik cəbhəsi kimi