Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
10:35, 21 may 2022
547
0

Almaniya və İtaliya şirkətlərinə Rusiya qazını almaq üçün rubl hesabları açmağa icazə verilib


Almaniya və İtaliya şirkətlərinə sanksiyaları pozmamaq şərtilə Rusiya qazını almaq üçün rubl hesabları açmağa icazə verilib. Ölkələr belə bir açıqlamanı Avropa İttifaqı ilə danışıqlardan sonra veriblər. 

Bu barədə Reuters nəşri məlumat yayıb.
Britaniya nəşri qeyd edir ki, Rusiyanın xarici alıcıların qazın pulunu rublla ödəməsi tələbi Avropa hökumətlərinin Ukraynadakı müharibə ilə bağlı Moskvaya qarşı sərt mövqe nümayiş etdirmək əzminin sınağı idi.

Finlandiya, Bolqarıstan və Polşa qazın pulunu rublla ödəməkdən imtina etdilər, ona görə də bu ölkələrə Rusiya qazının tədarükü dayandırıldı. Lakin bütün Avropa ölkələri bunu edə bilmir.

Əlbəttə edə bilməz. Rusiya qazından imtinanı elə dövlətlər edir ki, onların bu qazdan olan asılılığı aşağı həcmdədir və baha başa gəlsə də alternativ mənbələrdən təmin etmək mümkündür. Lakin Almaniya və İtaliya belə ölkələrdən deyil.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)