Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika
18:16, 14 may 2022
422
0

Federal Rezerv Sistemi əsas uçot dərəcəsini artırmaq niyyətindədir


Bloombergin verdiyi xəbərə görə, Federal Rezerv Sisteminin(FRS) sədri ceromi Pauel FRS-in iyun və iyul aylarında keçiriləcək növbəti iki iclasının hər birində faiz dərəcələrini 50 baza bəndi artıracağı ehtimalını təsdiqləyib. Eyni zamanda, Pauel daha yüksək faiz artımı ehtimalını da mümkün hesab etdiyini bildirib.

ABŞ-da son 40 ilin ən yüksək inflyasiyası ilə mübarizə aparan FRS keçən həftə 22 ildən sonra ilk dəfə faiz dərəcələrini 50 baza bəndi artırmışdı. Görünür bu, kifayət deyil.

Pauelin bu bəyanatı dünən ABŞ Konqresinin Senatı tərəfindən FRS-in yenidən 4 illik müddətə sədri kimi təsdiqlənməsindən dərhal sonra verməsi isə xüsusilə əhəmiyyət kəsb edirdi. Belə bəyanatı vəzifəyə yenidən təsdiqlənməmiş vermiş olsa idi ABŞ ictimaiyyətində xeyli narahatlıqlar doğurmuş olacaqdı və növbəti müddətə FRS-in sədri kimi təsdiqlənməsində çətinliklərlə üzləşə bilərdi.

Mütəxəssislərin fikrincə FRS faiz artımı və FRS-in pul siyasətinin aqressiv sərtləşdirilməsi ABŞ-da son 40 ilin rekordu olan inflyasiyanı azaltmağa hesablanıb. Lakin bu siyasət onsuz da tənəzzülə başlayan ABŞ iqtisadiyyatının tənəzzülünün sürətlənməsini stimullaşdıracaq. ABŞ iqtisadiyyatının bu ilin ilk rübündə 1,4% kiçildiyi bildirilir.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)