Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
15:09, 11 may 2022
374
0

Avropa Birliyininin həzin sonu uzaqda deyil

Cəmil Şirvanov
Amerikanın maraqları naminə məhv edilən Liviyadan, Suriyadakı vəziyyətdən qaçanlar və bu hadisələrdən əvvəl belə onsuz da kütləvi surətdə Afrikadan gələn qaçqınlara görə Avropanın vəziyyəti ağır idi. Lakin idarə edilən bir formada yoluna qoyula bilinirdi. Çünki İqtisadi vəziyyət buna imkan verirdi. Lakin Ukraynadakı hadisələrlə başlayan dünya iqtisadi müharibəsinin yeni mərhələsi və döyüş əməliyyatlarından uzaqda olmaq üçün Avropaya qaçan ukraynalıların hesabına qoca qitədəki vəziyyət görülməmiş dərəcədə ağırlaşmaqdadır. Bir tərəfdən tarixində görmədikləri, heç vaxt ehtimal etmədikləri qədər qaçqın qəbul etməyə başlayıblar, digər tərəfdən də uzun illərdən bəri görmədikləri ərzaq qıtlığı və bahalaşması, enerji qıtlığı ilə üz-üzə durublar. İnflyasiya səviyyəsi rekord sürətlə yüksəlməkdədir. Amma qaçqınların da qayğısına bir şəkildə qalmaq lazımdır. Bax əsas həyəcanlı nöqtə də budur.

Avropa dövlətlərinin içində bu baxımdan ən çətin vəziyyətə düşən Almaniyadır. Ölkənin axmaq rəhbərliyi ucbatından Rusiya ilə münasibətlərin korlanması, iqtisadi sanksiyaların tətbiqi, üstəgəl, Ukraynadakı hərbi münaqişənin hardasa dayandırılmasına olan ümidlərin get-gedə itməsi vəziyyəti daha da kritik edir. Qaçqınların bir qarın çörəyini belə təmin etmək çox müşkül məsələyə çevrilməkdədir. Birazdan bunun aşkar təzahürlərini sosial şəbəkələrdə görsək heç də təəccüblənməməliyik.

Bütün bunlar ABŞ və Britaniyanın əlinə oynadığına görə onlar AB ölkələrini xilas etməyəcəklər. Daha doğrusu buna real cəhd göstərməyəcəklər. Çünki onların özündə də böhranlı vəziyyətdir, Avropanı xilas edəcək gücdə deyillər. Həm də Avropa Birliyinin dağılması artıq anqlosakson elitanın əhəmiyyətli hissəsinə sərf edir. Nəticədə, Avropa Birliyin aparıcı dövlətlərinin axmaq liderləri ucbatından Birlikdə xaos hökm sürəcək. Siyasi, iqtisadi, hərbi yardımlaşma haqqında indiyə qədər oturuşmuş tendensiyalar məhv olmağa başlayacaq. Bu, artıq öz təzahürlərini bu və ya digər formada göstərib. Bir yoldaşımızın dediyi kimi, Pandemiya vaxtı bir-birinin maskasına quldurcasına “əl qoyan” Birlik dövlətlərinin aclıq təhdidi qarşısında nə edəcəklərini təsəvvür etmək belə istəməzdim.

Əslində pandemiya zamanı şahidi olduğumuz şeylər - mahiyyətcə quldurluq, talançılıq olan hərəkətlər Qərbi Avropa sivilizasiyasının genetik kodu ilə əlaqədardır. Onlar dəniz sivilizasiyasının sakinləridirlər və indiyə qədər əldə etdikləri bütün həyat şəraitlərini talançılıq, istismar üzərində qurublar. Onların ta qədimdən əsas peşəsi təbiəti qarət etmək olub(əvvəlcə balıqçılıq və s. şəklində, sonradan adaları, daha sonra isə bütöv materikləri talan edib özləri üçün dəb-dəbəli həyat şəraiti yaratmaq). Uzun müddət, əsrlər boyu başqa sivilizasiyalara hücum edib onların bütün resurslarını öz rifahları naminə istismar etməklə yaşamışlar. Müasir dövrdə də bu talançılıq mahiyyətləri dəyişməyib, metodları və üsulları fərqli olmaqla eyni cür yaşamağa davam edirlər. Lakin quru sivilizasiyasını təmsil edən qüvvələrin, xüsusilə də Rusiyanın onların hakimiyyətinə və mahiyyətcə sivilizasion istismarına qarşı əməli üsyanı onları çətin vəziyyətə salıb. Düşünürəm ki, daha da çətin günləri qabaqdadır. Yuxarıda qeyd etdiyim qaçqın problemi də onların çətin günlərində problemlərini 1-ə 5 artıracaqdır.

İlk öncə böyük zərbəni yeyən dövlət kimi Almaniya ağır vəziyyətə düşəcək. Avropa birliyinin ürəyini, əsas sütununu təşkil edən bu dövlətin vəziyyəti elə olacaq ki, Avropa Birliyinin özünün bir birlik olaraq saxlanılması mümkünsüz olacaq. Çünki ziyan görən təkcə Almaniya olmayacaq. Fransa və digər böyük iqtisadiyyatlar da struktur böhran içindədirlər və “staqflyasion tələ” onlara böhrandan çıxmağa imkan verməyəcək. Böhran daha da dərinləşəcək.

Bu Birliyin sonunun NATO-nun da sonunu şərtləndirəcəyini desək heç də yanılmarıq. Bunların şahidi olmaq üçün uzağı 10 il yaşamaq kifayət edər. Allah hamımıza ömür versin ki, bunun şahidi olaq.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)