Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
14:23, 02 may 2022
630
0

Almaniyada elektrik enerjisində 440,8%-lik bahalaşma


“Almaniyada mart ayında idxal olunan elektrik enerjisinin qiymətləri illik müqayisədə 440,8% artıb” - Almaniya Federal Statistika İdarəsi 29 aprel tarixində rəsmi olaraq açıqlayıb.

Həmçinin Almaniyada idxal olunan kömürün qiyməti 307,5%, qazın qiyməti 304,3%, neft məhsullarının qiyməti 110,3%, neftin qiyməti 81,3% bahalaşıb. Alman statistika idarəsinin vurğuladığı kimi, “Əvvəllər heç vaxt təbii qazın il ərzində idxalı 2022-ci ilin martında olduğu kimi, hətta 1973/1974 və 1979/1980-ci illərdəki iki neft böhranı zamanı belə baha olmamışdı”.

İdxal olunan enerji məhsullarının qiymətlərində şok sıçrayış Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə baş verib və Almaniyaya idxal olunan malların qiymətlərində rekord dərəcədə 31,2% artıma səbəb olub. Bu, 1974-cü ildən bəri ən böyük artımdır. Ötən həftə Almaniyanın statistika idarəsi də sənaye inflyasiyasının 30,9%-lə rekord həddə çatdığını bildirdi.

Beləliklə, Avropanın kollapsının başlanğıcı qoyulub. Bu cür böhranı aradan qaldırmaq mümkün deyil, sadəcə hansısa formada idarə etmək olar ki, bunun da bir sadə yolu var: Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğvi. Bunun da siyasi səbəblərdən edilməyəcəyini bildiyimizə görə deyə bilərik ki,Avropada bu yay çox isti, növbəti qış isə çox soyuq keçəcək. Sözünhər mənasında...


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)