Flaş / Dünya / Publisistika
22:43, 03 sentyabr 2021
697
0

Veikko Korhonen: Dünyanın yarısı Rusiyaya borcludur


Veikko Korhonen – Finlandiyanın Oulu şəhərindən olan bloggerdir. O da ömrü boyu müasir finlilərin əksəriyyəti kimi, Qərbyönümlü tarix kitablarının və mediada gedən təbliğatın zərərli təsirinə məruz qalırdı. Finlandiyada rusa aid olan hər şey ləkələnir, ruslarla finlilərin ortaq yaşadığı tarixi dövr bütöv bir kabus kimi təqdim edilirdi. İndilərdə isə daim Finlandiyanınən yaxın qonşusu olan Rusiyanın təcavüzkarlığı və hərbi düşmənçiliyi barədə əfsanələr tirajlanır.

Xoşbəxtlikdən Veiko Korhonenin çox müdrik və savadlı bir nənəsi var idi. Və o buna görə kiçik yaşlarından bəri ortaq tarixdə baş verən hadisələr və ümumiyyətlə dövrün tarixi hadisələrinin gedişatı barədə düzgün məlumatlarlara malik oldu.  O, antirus düşüncəli həmvətənləri ilə uzun müddət çəkən mübahisələrindən sonra öz facebook səhifəsində Rusiya barədə kiçik bir məqalə yazdı. Məqaləni hazırladıqdan sonra isə harda hansısa rusofoba rast gəlirsə, yazdığı məqalənin keçidini ona verməklə məşğul olur. 
Həmin məşhur məqaləni sizlərə təqdim edirik.

Siz Rusiyanın "təcavüzkarlığının" nəticələrini soruşursunuz?
Onlar belədir: Avropanın yarısı və Asiyanın bir hissəsi öz dövlətçiliyini məhz Rusiyadan əldə etdi.
Gəlin, bu ölkələrin hansılar olduğunu xatırlayaq:
— Finlandiya, 1802 və 1918-ci illərdə (1802-ci ilə qədər heç vaxt öz dövləti olmayıb).
— Latviya, 1918-ci ildə (1918-ci ilə qədər heç vaxt öz dövləti olmayıb).
— Estoniya, 1918-ci ildə (1918-ci ilə qədər heç vaxt öz dövləti olmayıb).
— Litva da Rusiya sayəsində 1918-ci ildə dövlətçiliyini bərpa etdi.
— Polşa iki dəfə Rusiya sayəsində öz dövlətini bərpa etdi, 1918 və 1944-cü illərdə. Qərbdə "Polşanın SSRİ ilə Almaniya arasında bölüşdürülməsi" adlanan şey, əslində sadəcə Birinci dünya müharibəsi nəticəsində qeydə alınan Kerzon xətti boyunca Qərbi Ukrayna və Belorusiya ərazilərinin geri qaytarılmasıdır.
— Rumıniya Rus-Türk müharibələri nəticəsində “dünyaya gəldi” və 1877-1878-ci illərdə Rusiyanın iradəsi ilə suveren oldu.
— Moldova bir dövlət olaraq SSRİ-nin tərkibində “dünyaya gəldi”.
— Bolqarıstan Osmanlı İmperatorluğunun zülmündən azad oldu. 1877-1878cı illərdə baş verən Rus-Türk müharibəsində Rus qoşunlarının zəfəri nəticəsində müstəqilliyini bərpa etdi (müharibənin məqsədi elə bu idi). 
Minnətdarlıq olaraq, Bolqarıstan dövləti antirusiya koalisiyaları çərçivəsində hər iki dünya müharibəsində iştirak etdi. İndi Bolqarıstan NATO-nun üzvüdür və ərazisində ABŞ-ın bazaları mövcuddur. Burada qeyd etmək yerinə düşər ki, 1945-ci ildən sonra bu ölkənin ərazisində heç bir rus əsgəri olmayıb...
— Serbiya da suveren bir dövlət olaraq bu müharibə nəticəsində dünyaya gəldi.
— Azərbaycan, hər kəs tərəfindən tanınan bir dövlət olaraq ilk dəfə yalnız SSRİ-nin tərkibində formalaşdı.
— Ermənistan da fiziki cəhətdən qorunub saxlanıldı və yalnız SSRİ tərkibində bir dövlət olaraq bərpa edildi.
— Gürcüstan fiziki cəhətdən qorunub saxlanıldı və Rusiya İmperiyası sayəsində bir dövlət olaraq bərpa edildi.
— Türkmənistan heç vaxt dövlətçiliyə sahib olmamış və onu yalnız SSRİ-nin tərkibində ikən formalaşdırmışdır.
— Qırğızıstan heç vaxt dövlətçiliyə sahib olmamış və onu yalnız SSRİ-nin tərkibində ikən formalaşdırmışdır.
— Qazaxıstan heç vaxt dövlətçiliyə sahib olmamış və onu yalnız SSRİ-nin tərkibində ikən formalaşdırmışdır.
— Monqolustan heç vaxt dövlətçiliyə sahib olmamış və onu yalnız SSRİ-nin köməyi ilə formalaşdırmış, onun himayəsi ilə qoruyub saxlaya bilmişdir.
— Belarusiya və Ukrayna da SSRİ yaradılarkən Rusiya tərəfindən formalaşdırılmış, SSRİ-nin tərkibində, Böyük Oktyabr İnqilabı nəticəsində ilk dəfə dövlətçilik qazanmışlar. Və yalnız 1991-ci ildə elə Rusiyanın özündən tam müstəqilliklərini aldılar.

Həmçinin, Rusiya-SSRİ-nin Çin, Vyetnam, Şimali Koreya, Hindistan, Yunanıstan (1821-ci ildə Rusiya tərəfindən türklərdən geri alındı), Əlcəzair, Kuba, İsrail, Angola, Mozambik və s. kimi dövlətlərin də yaranmasında və formalaşmasında oynadığı əvəzsiz rolu da nəzərə almalıyıq.
Bax belə. Ruslar tarixən belə qəribə "təcavüzkarlıq" göstəriblər!

Rusiyanın verdiyi əhəmiyyətli töhfə nəticəsində İsveçrə belə Fransadan müstəqilliyə nail oldu. Daha doğrusu, Suvorov (217 il əvvəl) sayəsində edildi və o vaxtdan bəri İsveçrə heç vaxt (!) müharibələrdə iştirak etməyib;

Gələk digər hadisələrə:
— Avstriyanın 1945-ci ildə Üçüncü Reyxdən azad olması;
— Çexoslovakiyanın 1945-ci ildə Üçüncü Reyxdən azad olması;
— 1780-ci ildə II Yekaterinanın Silahlı Tərəfsizlik Liqasının yaradılması ilə bağlı mövqeyi və Şimali Amerikada Birləşmiş Ştatların İngiltərədən müstəqillik əldə etməsində faktiki dəstəyi.
— Son 2 əsrdə iki dəfə- Hitler və Napoleonu məhv etdikdən sonra, Rusiyanın əksər Avropa dövlətlərinə bağışladığı müstəqillik;
— 1945-ci ildəki məğlubiyyətdən sonra Almaniyaya dövlətçiliyini qorumaq imkanı verən ABŞ və İngiltərə ilə danışıqlarda Stalinin mövqeyi;
— 1990-cı ildə hər iki AFR və ADR-in problem olmadan yenidən birləşməsinə imkan verən Qorbaçovun mövqeyi;
— SSRİ-nin etdiyi köməkdən sonra Misirin 1956-57-ci illərdə İsrail, İngiltərə və Fransa ilə müharibədə müstəqilliyini tam qoruyub və möhkəmləndirə bilməsi.
— İsrail ilə Misir arasındakı müharibəni dayandıran SSRİ-nin 1967-ci ildəki müdaxiləsi (faktiki olaraq 1967-74-cü illərdə ərəbləri iki müharibədə məğlubiyyətdən qurtardı);
— SSRİ-nin həlledici rolu sayəsində Anqolanın 1975-ci ildə müstəqillik əldə etməsi.

Və, nəhayət, ən əsası. Məhz SSRİ, İkinci Dünya Müharibəsindəki qələbədən sonra İttifaqın başlatdığı ümumdünya dekolonizasiya prosesi Qərbi Avropanın koloniyalarının əksəriyyətinin müstəqillik əldə etməsində əsas rol oynadı.

Rusiyanın bütün tarixi onu göstərir ki, bu ölkə, millətlərin və xalqların müstəqillik və öz müqəddəratını təyinetmə prinsiplərini müdafiə etməkdə hər hansı bir hakimiyyət və sistemdən asılı olmayaraq ardıcıl münasibət bəsləyib.

Bütün dövrlərdə və istənilən şəraitdə çoxqütblü bir dünyanın yaradılmasına hər cür kömək edən Rusiya olmuşdur.

Qeyd etmək lazımdır ki, təəssüf ki, çox vaxt Rusiya bunu edərkən öz maraqlarını qurban verirdi, və əgər Rusiyanın siyasəti heç olmasa qismən ingilis siyasətinə bənzəsəydi, indi dünyanın yarısı Rusiya İmperiyası adı altında millətlər birliyinin tərkibində olardı.

Ruslar isə digər kolonizator dövlətlərdən azad olunmuş dövlətlər, ölkələr və onların kapitalları hesabına Səudiyyə Ərəbistanı şeyxləri kimi bahalı həyat yaşayardılar.

Bu səbəbdən hesab edirəm ki, dünyanın yarısı Rusiyaya borcludur.

Məhz buna görə hamınız bu böyük ölkə qarşısında çox günahkarsınız.

Daha sonra müəllif şərhə əlavə edir:

Yoldaş Jeque tərəfindən məqaləyə vacib əlavələr: 

“O hələ Rusiyanın konkret ölkələrdə gördüyü konkret işlər barədə geniş yazmayıb. Məsələn, elə bir "dəhşət hekayəsi" mövcuddur ki, SSRİ xaincəsinə Əfqanıstana qoşun yeritdi və oranı işğal etdi. Əfqanıstanın müstəqilliyinə son qoydu. İndi isə baxaq görək SSRİ orada nələr etmişdir:
1. Kunduz Çayı üzərində 9 min kVt gücündə Puli-Xumri-II Su Elektrik Stansiyası, 1962-ci il.
2. 48 min kVt gücündə azot gübrəsi zavodundakı İES (4x12) Mərhələ I – 1972-ci il. Mərhələ II – 1974-cü il (36 MVt). Genişləndirmə - 1982-ci il (48 MVt-a qədər).
3. Kabil çayında "Naqlu" su anbarı və 100 min kVt gücündə hidroelektrik stansiyası. 1966-cı il. Genişlənmə - 1974-cü il.
4. Puli-Xumri-II su elektrik stansiyasından Bağlan və Kunduza (110 km) qədər olan YEÖ xətlər, 1967-ci il.
5. 35/6 kVt-lıq yarımstansiya ilə elektrik ötürücü xətlər, azot gübrəsi zavodundakı İES-dən Məzari-Şərifə (17,6 km) qədər, 1972-ci il.
6. Kabilin şimal-qərb hissəsində bir elektrik yarımstansiyası və "Vostochnaya" elektrik yarımstansiyasından 110 kV-lik bir elektrik ötürücü xətti (25 km), 1974-cü il. 
7. Ümumi tutumu 8300 kubmetr olan 8 neft bazası, 1952-1958-ci illər.
8. Qaz istehsalı sahəsinə aid- Məzari-Şərifdən azot gübrəsi zavoduna uzunluğu 88 km və iş qabiliyyəti 0,5 milyard kubmetr olan qaz kəməri, 1968-ci il.
9. Qaz istehsalı müəssisəsindən SSRİ sərhədinə qədər olan, 98 km uzunluğunda, 820 mm diametrdə və 4 milyard kubmetr ötürmə qabiliyyətinə malik qaz kəməri, uzunluğu 660 m olan Amudərya çayı üzərindəki hava keçidi daxil, 1967-ci il; qaz kəmərinin hava keçidi, 1974-cü il.
10. 53 km uzunluğunda magistral qaz kəmərində ilmə, 1980-ci il.
11. Elektrik ötürücü xətt - Sovet sərhədindən, Şirxan ərazisindən Kunduza qədər 220 kVt (birinci mərhələ), 1986-cı il.
12. Hayraton limanındakı neft anbarının 5 min kubmetr genişləndirilməsi, 1981-ci il.
13. Məzari-Şərifdə 12 min kubmetr tutumlu neft bazası, 1982-ci il.
14. Loğarda 27 min kubmetr tutumlu neft bazası, 1983-cü il.
15. Puli-Xumridə 6 min kubmetr tutumlu neft bazası, 1983-cü il.
16. Kabildə hər biri 300 "Kamaz" yük maşını olan üç yol nəqliyyatı müəssisəsi, 1985-ci il.
17. Kabildə yanacaqdaşıyan yük maşınlarına xidmət göstərən bir yol nəqliyyat müəssisəsi, 1984-cü il.
18. Hayratonda "Kamaz" avtomobilləri üçün bir xidmət stansiyası, 1984-cü il.
19. Şiberqanda 2,6 milyard kubmetr tutumlu bir qaz istehsalı müəssisəsi, 1968-ci il.
20. Carquduk yatağında kükürddən təmizlənmə və 1,5 milyard kubmetrə qədər qazın hazırlanması və nəqli üçün kompleks tikintisi, 1980-ci il.
21. Xoca-Gügərdağ qaz yatağındakı gücləndirici kompressor stansiyası, 1981-ci.
22. Məzari-Şerifdə bir yaşayış məntəqəsi və bir tikinti bazası. İldə 105 min ton karbamid tutumu olan azot gübrəsi zavodu, 1974-cü il.
23. Kabildə ildə 1373 maşın təmiri gücündə təmir zavodu, 1960-cı il.
24. 3000 metrlik uçuş zolağlı olan "Bahram" hava limanı, 1961-ci.
25. Kabildə 2800x47 ölçüsündə uçuş zolaqlı beynəlxalq aerodrom, 1962-ci il.
26. 2800 m-lik uçuş zolaqlı "Şindand" hava limanı, 1977-ci il.
27. Məzari-Şərifdən Hayraton məntəqəsinə çox kanallı xətt rabitəsi, 1982-ci il.
28."Lotus" tipli "Intersputnik" stasionar peyk rabitə stansiyası, 1982-ci il.
29. Kabildə 35 min kvadrat metr yaşayış sahəsi istehsal gücünə malik ev istehsalı kombinatı, 1965-ci il.
30. Kabildə həmin kombinatın 37 min kvadrat metrə qədər genişlənməsi, 1982-ci il.
31. Kabildəki asfalt-beton zavodu, küçələrin asfaltlanması və yol nəqliyyat vasitələrinin təhvil verilməsi (avadanlıq və texniki yardım MVT vasitəsi ilə təmin edilmişdir), 1955-ci il.
32. İldə 155 min ton yük realizə edə bilən (20 min ton neft məhsulları daxil olmaqla) Şirxan çay limanı, 1959-cu il; genişləndirilməsi – 1961-ci il.
33. Çay üzərindəki magistral körpü. Alçın kəndi yaxınlığındakı Xanabad, 120 m uzunluğunda, 1959-cu il. 
34. Hindiquş dağ silsiləsindən keçən Salang şosesi (107,3 km, 2,7 km tunellə).

Və bax belə. Gördüyünüz kimi əslində Qərb hər yerdə oğurlayır, Rusiya və SSRİ isə kömək edir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)