Flaş / Dünya / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika / Publisistika
20:34, 19 aprel 2022
591
0

Dünyanın heç vaxt eşitmədiyiniz ən gəlirli şirkəti: China Tobacco.

Şirkətin 2021-ci ildə mənfəəti 214 milyard dollar təşkil edib. Bu cür göstəricilərinin olmasına baxmayaraq, Çinli biznes eksperti Chang Che-nin yazdığı kimi, "China Tobacco xarici “gözlər” üçün faktiki olaraq görünməzdir".

China Tobacco ən böyük tütün istehsalçısıdır və dünya siqaret istehlakının 40%-ni təşkil edir. Lakin o, həm də Çində tütünün dövlət tənzimləyicisi, Çin sənayesinin bu sahəsinə nəzarət orqanıdır. Çinin tütün bazarının 98%-ni əhatə edir.

Tütün nəhəngi qazancından başqa heç bir maliyyə məlumatları açıqlamır. Onun korporativ idarəetmə strukturu unikaldır: digər dövlət müəssisələrindən fərqli olaraq, o, Dövlət Şurasının Nəzarət və Dövlət Aktivlərinin İdarə Edilməsi üzrə Komissiyası tərəfindən yox, Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə tabedir.

China Tobacco-nun hazırda 510.000 işçisi var və 33 əyalət tütünə nəzarət bürosuna, 57 siqaret fabrikinə və 1000-dən çox digər kiçik biznesə nəzarət edir. Şirkət əmək bazarında daha yaxşı reputasiyaya malikdir və işə qəbul prosesi hiper-rəqabətlidir.

Korporasiya bazarın qaydalarını özü müəyyən edir: 2021-ci ilin noyabr ayının sonunda Çin Dövlət Şurası elektron siqaretləri China Tobacco-nun nəzarəti altına alan qanuna dəyişiklik etdi, elektron siqaretlərin satış həcmini və qiymət qərarlarını dövlətə effektiv şəkildə ötürdü. Nəticədə 35 milyard dollar dəyərində olan Çin-Nyu-York elektron siqaret startapı RELX Technology hazırda 2,5 milyard dollar dəyərindədir.

China Tobacco-da yarım milyon çinlinin çalışdığı və Çində ən böyük vergi mənbələrindən biri olmasına baxmayaraq (gəlirin 90%-i Pekinə gedir və ümumi vergi daxilolmalarının 13%-ni təşkil edir), korporasiya hələ də xarici dünya üçün sirr olaraq qalır.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)