Flaş / Dünya / Siyasət-Dünya
14:38, 07 iyul 2021
337
0

Haiti Prezidenti sui-qəsd nəticəsində öldürülüb


Haiti Prezidentinə sui-qəsd olub.

Bu barədə ölkənin keçid hökumətinin Baş naziri Klaude Cozep mətbuata bildirib.

Onun sözlərinə görə, Prezident Xovenel Moisenin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib.

"Kimliyi hələlik müəyyənləşdirilməyən bir qrup şəxs gecə Prezidentin iqamətgahına hücum edib, bu şəxslərin bəziləri ispan dilində danışıb. Onlar Prezidenti güllələyiblər. Prezidentin həyat yoldaşı isə yaralanıb. Birinci xanım xəstəxanaya yerləşdirilib", - deyə Baş nazirin bildirib.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)