Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
16:53, 01 aprel 2022
468
0

Duqin: Xalq tam mənada oyanmasa, xalqa müraciət edilməsə və xalq elitada faktiki təmsil olunmasa vəziyyətdən çıxmaq mümkün deyil


Beynəlxalq Avrasiya Hərəkatının lideri, politoloq və filosof Aleksandr Duqin özünün rəsmi telegram kanalında Belqorodddakı yanacaq anbarının Ukrayna tərəfindən vurulması və ümumilikdə Ukraynadakı xüsusi hərbi əməliyyatlar barədə paylaşım edib. Paylaşımda deyilir:

Ukrayna vertolyotlarının Belqoroddakı neft bazasına zərbə endirməsi qarşıdurmanın nə qədər ciddi və dönməz olduğunu göstərir.
Buna bir gün əvvəl İstanbulda danışıqlar aparan tərəflərə qarşı nifrət dalğasını da əlavə etsək, vəziyyətin çox vacib bir görüntüsünü əldə edə bilərik.

Hər şeyi bizim qoşunlar və dövlətimizin həll etdiyi xüsusi hərbi əməliyyatın birinci mərhələsi başa çatıb. Bu, artıq təkcə hakimiyyətin və hakim elitanın məsuliyyət daşıdığı xüsusi əməliyyat deyil. Bu daha artıq bir şeydir və indi hamımız buna cavabdehik. Könüllülər artıq Qərbə yollanırlar.

Növbədə ehtiyatda olan hərbi qulluqçuların səfərbər olunmasıdır. Texniki mərhələ öz imkanlarını tükətdi. İşə xalq və tarix qarışır. Bu, yeni insanlar, yeni strategiyalar, yeni sözlər tələb edir. Rusiya sisteminin özündə əvvəllər susdurulmuş bütün ziddiyyətlər üzə çıxır. Heç nə əvvəlki tək ola bilməz. Biz Qərblə əsl savaşa girmişik. Bunu prezident və xalq aydın başa düşür, lakin elita anlamaqdan imtina edir. Təkcə qaçqın elita yox, həm də öz monopoliyasını qorumaq naminə belə bir kritik anda vəziyyəti idarə edə biləcəyinə inanaraq hələlik qalmaq qərarına gələnlər də.

Xalq tam mənada oyanmasa, xalqa müraciət edilməsə və xalq elitada faktiki təmsil olunmasa vəziyyətdən çıxmaq mümkün deyil. Qələbə ancaq ümumi, bizim, xalqın ola bilər.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)