Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Amerikalı hərbi ekspert: Rus ordusu ağlasığmaz sürətlə hərəkət edir
Amerikalı hərbi analitik, BMT-nin 1991-98-ci illərdə İraqda silahlandırma üzrə inspektoru, keçmiş kəşfiyyat zabiti Skott Ritter Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı xüsusi hərbi əməliyyatı barədə:
"Mən hərbi ekspert kimi təhlil edirəm. Mən öz karyeramın əvvəllərində illərimin çoxunu sovet ordusunun manevr edən atəş imkanlarının vasitəsilə rəqibə yaxınlaşma və onu məhvetmə taktikasının öyrənilməsinə sərf etmişəm. Mən o uşaqları yaxşı tanıyıram.
Mən onları 35 il öyrənmişəm – onların doktrinasını, silahlanmasını, əməliyyatların həyata keçirilmə taktikasını və başqa xüsusiyyətləri. Bizim gördüyümüz şey çoxvektorlu strategiyadır.
Bu strategiyanın hədəfi rəqibin hərbi qüvvələrinin “əl-qolunu bağlamaq”, onları yerində durmağa məcbur etmək, komanda məntəqələrini məhv etmək, düşmənin hərbi qüvvələrini mühasirəyə almaq, strateji obyektləri ələ keçirmək və həddindən artıq intensiv döyüşlərin olacağı möhkəmləndirilmiş müdafiə rayonunu yan keçmək.
Belə olan təqdirdə təşəbbüsü əldən verməmək sadəcə mümkün deyil. Rusiya ordusunun hərəkət sürəti Almanların 2-ci Dünya müharibəsindəki “blitskriq”indəkindən daha çoxdur.
Ona görə də, kimsə “yavaş irəliləyirlər” deyirsə, düz demir. Bu, bir ordunun tarixdə görülmüş ən sürətli hərəkətidir. Xüsusilə Ukraynanın 260 minlik, Nato standartları ilə təşkil edilmiş, yaxşı təlim görmüş zabit heyətinə malik, yüksək idarəçilik qabiliyyəti olan orduya malik olmasını nəzərə alsaq, bu sürət ağlasığmazdır.
Həm də nəzərə almaq lazımdır ki, Ukraynanın 200-300 min ehtiyat qüvvələri, köməkçi kimi başqa bömələri və xidmətlərin sərəncamında olan qüvvələri vardır. Ruslar əməliyyatlara 190-200 min şəxsi heyətlə başladılar, 600 minlik qüvvə ilə üz-üzə gəldilər. Əməliyyatlara başlayarkən hücum edən tərəf müdafiə olunandan 3 dəfə çox olmalıdır.
Lakin ruslar əməliyyata Ukraynanın 3-4 qat üstünlüyü şəraitində başladılar. Buna baxmayaraq, son həftələrin göstəriciləri budur ki, 1 əsgərə 6 əsgər ölümü ilə ruslar öndədir. Müasir dövrün döyüşlərində, məsələn, İkinci Dünya Müharibəsində almanlarla amerikalılar arasında qanlı döyüşlərdə 1 amerikalı ölüyə 1,3, 1,4 alman ölü sayı kifayət edirdi. Bu, kifayət edirdi ki, Amerika belə döyüşdə qalib gəlsin və irəliyə doğru hərəkət etsin. Lakin ukraynalıların ruslarla 1-in 6-ya nisbətdə məğlubiyyəti darmadağın deməkdir.
Rusiya tərəfindən onların sürətli hərəkətində tormozlanma səbəbindən biri kimi ukraynalı hərbi qulluqçular arasında çoxlu itkilərin olmasını istəmədikləri göstərildi. Şəxsən mənim üçün və düşünürəm ki, hamı üçün onların hərbi əməliyyatlara “bir əli arxada bağlanmış” vəziyyətdə başlaması gözlənilməz oldu.
Ordunun hərəkəti sakit və çox səliqəli şəkildə davam edir. Ruslar bütün müdafiə nöqtələri ilə danışıqlar apardılar. Onlar həm mülki əhali arasında itkilərin az olmasına, həm də şəhər infrastrukturunun dağılmasından mümkün qədər qaçmağa çalışdılar. Ruslar ukraynalı əsgərlərin kazarmalarda öldürülməsindən imtina etdiklərini bütün dünyaya nümayiş etdirdilər. Lakin onlar bunun əksini edə, onları dəqiq raket zərbələri ilə kazarmalarda, döyüşə girmədən məhv edə bilərdilər.
Bunun əvəzinə onlar ukraynalılara sakit yatmağa imkan verdilər və bir növ bəyan etdilər ki, “Biz istərdik ki, siz elə kazarmalarınızda qalıb bizə qarşı döyüşməkdən imtina edəsiniz. Çünki bizim döyüşməyənlərə qarşı heç bir etirazımız yoxdur. Biz böyük balıq ovuna çıxmamışıq”.
Ruslar üçün pis ssenari olsa da ukraynalılar döyüşməyi seçdilər və pis də döyüşmürlər. Ukraynalı döyüşçülərin cəsarətini və dözümlülüyünü kiçiltmək fikrində deyiləm. Onlar yaxşı təlim görmüş və yaxşı təchiz edilmiş, taktiki və əməliyyat üstünlüyünə malik Rusiya ordusu ilə yaxşı döyüşürlər.
Ukraynalılar döyüşlərdə özlərini yaxşı göstərdilər. Lakin onlar məğlub olurlar. Bu məğlubiyyətdən qurtulmağa ümid yoxdur. Düşünürəm ki, tezliklə, hətta gözlədiyimizdən də tez kütləvi təslim olma aktını görəcəyik. Ukraynalıların döyüş sursatı, yeməyi, içməli suyu, yanacağı bitmək üzrə olanda onlar mənasız müqavimət göstərmək və ölmək, ya da təslim olmaq seçimi qarşısında qalacaqlar.

Mövzu linkləri: