Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
22:04, 19 mart 2022
619
0

Aleksandr Duqin: Rusiya Karfagenə həddini göstərən Romadır


Rusiya Ukraynada asayişi, ədaləti, firavanlığı və layiqli həyat səviyyəsini bərpa edəcək. Rusiya özü ilə azadlıq gətirir.

Rusiya yeganə slavyan dövlətidir ki, Qlobal İmperiyaya, yəni mütləq suveren bir derjavaya çevrilə bilib. Digər slavyanların heç biri - nə şərqli, nə qərbli, nə də cənublu- bu barədə uğur qazana bilmədi. Çoxları buna cəhd etdi - bolqarlar və serblər, lakin onlar bundan çox uzaqda idilər. Yalnız ruslar finişə çata bildilər. Biz hər şeydə birinci deyilik. Və biz bunu təvazökarlıqla etiraf edirik. Və biz öyrənməyə və bizdən daha yaxşı olanlara minnətdar olmağa hazırıq.

Dünya imperiyası qurmaq bizim vəzifəmizdir və biz bunu necə edəcəyimizi bilirik. Bax buna görədə biz Roma, bizə qarşı olanlar - Karfagen. Karfagen də böyük, güclü idi və hamıya elə gəlirdi ki, onun gücünün həddi-hüdudu yoxdur. Bu hədd Roma tərəfindən qoyuldu. İndi, hal-hazırda, odun-külün və qanın içində Üçüncü Roma Babil fahişəsinin qüdrətini alt-üst edərək Yeni Karfagenə sərhəd qoyur. Biz əsrdən əsrə davamlı təkrarlanan müqəddəs tarixin şablonlarından heç vaxt vaz keçə bilməyəcəyik... Və əsr bə əsr Rusiya Şərqi Rusiyanın Qərbini qeyri-rus Qərbindən xilas edir. Çünki biz Romayıq. Çünki Roma elə bizik.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)