Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
21:32, 19 mart 2022
603
0

Ukraynada kim qalib gəlir və ya reallığa xoş gəlmisiniz

Aydın Əlizadə

Nağılbazlığı, şəxsi istəkləri beyində olan qurmaları, təbliğatı və başqa şeyləri qırağa qoyaq və obyektiv gerçəkliyə baxaq. Çünki biz öz başımızda nəyisə qursaq belə, o əslində yoxdur, beyində olan fantaziyadan başqa bir şey deyil. Gerçəkliyi olduğu kimi qavramasaq dünyadan xəbərimiz olmayacaq. Bir gün ayılacayıq ki, hər şeyimiz əldən gedib. Ermənilərin illərlə beyin qurmalarının nəticəsi bizə bunun axırını göstərir. Ancaq bizim çoxlarımız onların yolunu gedib özlərini aldadırlar.

Əslində Ukrayna cəbhələrində nə baş verir? Göründüyü, və hamı tərəfindən təsdiq etdiyi odur ki, Ukrayna ordiusu məğlub olur və geri çəkilir. Ruslar ağır itkilərə məruz qalsalar belə ləng də olsa irəliləyirlər. Bütün tərəflər - Ukrayna, Rusiya, Avropa, Amerika v s. xəbərlərində göstəırir ki, Ukraynanın doğusunda Volnovaxa və İzyum bölgələri ruslar tərəfindən alınandan sonra Ukrayna ordusunun vəziyyəti ağırlaşıb, mühasirə təhlükəsi yaranıb. Donetsk və Luqansk orduları da onları öz tərəflərindən sıxır. Hər gün irəliləyirlər.

Cənubda vəziyyət daha ağırdır. Xerson və Melitopoldan sonra Mariupol alınmaq üzrədir və orada 15000 yaxın böyük Ukrayna ordusu məhv olur. Bu da Nikolayevə qədər bütün Güney Ukraynanın rus nəzarətinə keçməsi deməkdir. Növbədə Odessadır. Bu gün Ukrayna Qara dənizdən tamamilə ayrılıb, ona çıxışı yoxdur. Hərbi donanması artıq mövcud deyil.

Quzeydə döyüşlər Kiyev və Xarkov ətrafında davam edir. Şəhərlər dağılır, infrastruktur məhv olur, artıq rəsmi olaraq 6 milyon qaçqın var və bu rəqəm artmaqdadır. Mülki əhali həmdə qırılır. İqtisadiyyət darmadağın olub. Orduya aid olan bütün müəssisələrə ölümcül zərbə endirilib.
Bax bunlar gerçəklikdir. Başqa söhbətlər isə insanların özləri özlərini aldatması, KİV-lərin yalanı, şəxsi istəklərdir. 

İllərlə Qərb tərəfdən gələn və hamı tərəfindən təkrarlanan təbliğat öz nəticəsini verib. Hamı elə bizirdi ki, Rusiya hərbi baxımdan geridədir, keçən yüzillikdə qalıb, dəqiq silahı yoxdur, əldə olam silah metal tullantısıdır, orduda nizam yoxdur, azsaylıdır, döyüş qabiliyyəıti yoxdur və s.

Mən hələ iniş il, keçən il bu Facebookda çoxlu mübahisələr etmişdim ki, Rusiya çox güclüdür və getdikcə güclənir. Bunun şahidləri burada var və təsdiq edər. Bunu da ruspərəst olduğuma görə deyil, yalnız faktları təhlil etməklə iddia edirdim. Deyirdim həmsöhbətlərimə ki, baxın, xəbərlər gəlir ki, Rusiya İskəndər, Kaliber raketləri, modern SU-34 uşağı, Armata tankı, yeni atom sualtı qayıqları istehsal edib orduya verib. Gürcüstanın, Moldovanın, Ukraynanın bir hissəsində yerləşib, Krımı alıb. Sonra deyirdim ki, ciddi Amerika-Avropa ekspertləri və statistika Rusiya ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir, onu dünyanın 2-ci ordusu sayır. Yenə deyirdilər sən ruspərəstsən, "vatniksən". Hətta Amerikanın hərbi resurslarının linkini göstərirdim onlara, deyirdilər bunları ruslar pulla alıb. Cəfəngiyyat o həddə çatmışdı ki, deyirdilər Türkiyənin xəbəri yoxdur ki, aldığı C-400 hədəfi vura bilmir, yalnız borudur. Yəni o boyda milyardlarla pul verən terklər sən demə başa düşməyiblər nə alırlar. Deyirdim bulara ağıllanın, gözünüzü açın, ancaq elə bir divara deyirdin.

İndi bu Ukrayna savaşında Rusiya ordusunun çox dəhşətli güc olması açıq görsənir. Bundan qabaq yazmışdım ki, Lvovun Nato poliqonunu dəqiq zərbə ilə məhv ediblər. Bu da Rusiyanın dəqiq vuran texnologiyasına sahib olmasını sübut etdi. İndi isə belə dəqiq zərbələrin sayı çoxalmaqdadır. Son məlumat odur ki, Kaliber ratetləri Nikolayevin Ukrayna ordusunun düşərgəsini tamamilə məhv edib. Ölən əsgərlərin sayı həddən çox olması haqqında məlumatlar gəlir. Görükən odur ki, Nikolayevin bütün müdafiəsi 1 dəqiq zərbə ilə məhv edilib.

Bax bu da reallıq. Yuxudan oyanın, bəsdir parallel aləmdə oldunuz. Gözünüzün qabağında illərlə sizə yeridilən və sizin tərəfdən təkrar edilən nağılların ömrü bitir.

Doğru sözü deyənə də ruspərəst deyirsən. De ruspərəst. Məgər bununla Ukrayna ordusunun vəziyyəti düzəlir?


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)