Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyat işğal deyil
Nadir Qocabəyli
Bu mühasibədə Rusiyanın qalib gələcəyini, ABŞ-ın Ukraynanı bada verdiyini, ondan istifadə etdiyini söyləyən dostlar belə Rusiyanı işğalçı adlandırırlar.
Bu günlər bəzi dostlar yaxşı, obyektiv, savadlı təhlillər yazır, amma axırda deyirlər ki, Rusiya birmənalı işğalçıdır.
Mən bunu bir tərəfdən özünüsığorta kimi qəbul edir, səbəbini anlayıram. Çünki Rusiyanın Ukraynada apardığı əməliyyata "işğal" deməliyik ki, sabah bizə qarşı da eyni münasibəti bu cür qiymətləndirək. Ancaq gəlin etiraf edək ki, Ukraynanın etdiyini biz də etsək, eyni münasibətlə üzləşmə ehtimalımız yüksəkdir və o zaman buna hər nə desək də, bizə xeyri olmayacaq.
İkincisi, gəlin işğal məsələsinə bir az geniş və dərin yanaşaq. Əgər dünyadakı hər bir dövlət milli müstəqilliyini özü qazansa, bu suverenlik tam olaraq xalqın iradəsini əks etdirsə, həmin dövlət və xalq sözün əsl mənasında tam müstəqil siyasət yürüdə bilsə, sizinlə razıyam.
Amma hamımız çox gözəl bilirik ki, bunlar daha çox formaldır. Odur ki, işğal və ilhaq da formaldır. Dünyada çox az sayda dövlət istisna olmaqla qalanları böyük dövlətlərin nüfuz dairəsində mövcuddurlar. Yəni müstəqil olsalar da, əksər qərarları öz himayədarlarının razılığı ilə qəbul edirlər. Bəli, bu qeyri-rəsmidir, amma realdır.
Məsələn, uzaq Cənubi Amerikada yerləşən Venesuela adlı dövlətin başçısı Maduronu ABŞ sözsüz devirəcəkdi. Rusiya buna imkan vermədi. İndi o dövlət necə Rusiyanın sözündən çıxa bilər? Çıxsa, devriləcək, ya da ABŞ-ın dediyini etməlidir. Yaxud Suriya. Putin olmasaydı, Amerika onun prezidentini çoxdan dar ağacından asmışdı. Elə Türkiyəni götürün. İmperiya xələfi olan qosqoca cümhuriyyətdir. Amma heç cür tam müstəqil ola bilmir. Ərdoğana qədər Türkiyəni ordu, ordunu ABŞ idarə edirdi. Ərdoğan bunun qarşısını çox çətinliklə qismən alıb. Amma ona qarşı ABŞ-ın dəstəklədiyi çox ciddi hərbi müxalifət, FETÖ deyilən paralel dövlət 2016-ya qədər qalırdı. Putinin köməyi olmasaydı, çevriliş edəcək, Ərdoğanı da öldürəcəkdilər. İndi Ərdoğan necə müstəqil olsun?! Hökküldəməklə deyil ey, bunun üçün güc lazımdır, raket lazımdır, nüvə silahı lazımdır. Ərdoğan pafoslu bəyanatlar verməklə sadəcə özünü müstəqil göstərməyə çalışır, dəvədən yıxılıb, höt-hötündən qalmır. Onun ziddiyyətli bəyanatlar verməsi, bir yandan Ukraynaya "Bayraktar" satıb, o biri yandan Avropanın Rusiyaya qarşı sanksiyalarını pisləməsi, onlara qoşulmaması müstəqillik deyil ey, paqonun birini götürüb, o birini qoymaqdır. "Sakit Don" filminə baxanlar nə dediyimi anladılar...
Ona görə də, Rusiyanın Ukraynada apardığı əməliyyat qətiyyən işğal-mişğal deyil. Rusiya əsrlərdir öz nüfuz dairəsində olan Ukrayna uğrunda ABŞ ilə haqq savaşı aparır. Deyəcəksiniz ki, bunun nəyi haqdır, kiminlə olmağı Ukrayna özü bilər. Xeyr, məsələ bu dərəcədə bəsit deyil. Ukraynadan sonra ABŞ məhz Rusiyanın boğazını üzməyə hazırlaşır. Bundan sonra Amerikanın ağalıq etdiyi birqütblü dünya gəlir. Həmin dünyada Rusiya da hamı kimi ABŞ-ın vassalı olmalıdır. O isə bunu istəmir və istəməməkdə haqlıdır.

Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Suriya və Ukrayna "cənub" və "qərb" geopolitik cəbhəsi kimi
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.