Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
19:17, 10 mart 2022
852
0

Aleksandr Duqin: Birqütblü dünya liberal nasizmdir və Rusiya bu dünyaya üsyan edir


Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı politoloq, sosioloq, filosof, iki elm sahəsi üzrə elmlər doktoru Aleksandr DuqininUkraynadakı xüsusi hərbi əməliyyatlar barədə bəzi fikirləri:

Bu, Ukrayna ilə müharibə deyil. Bu, ümumən qlobalizmlə qarşıdurmadır. Bütün səviyyələrdə qarşıdurma - geosiyasi və ideoloji.

Rusiya qlobalizmdə hər şeyi rədd edir - bir tərəfdən birqütblülük, atlantizm, digər tərəfdən isə liberalizm, anti-ənənə, texnokratiya, bir sözlə Great Reset.

Aydındır ki, bütün Avropa liderləri atlantist liberal elitanın bir hissəsidir. Biz məhz onlara qarşı döyüşə getdik. Və bu gün onun gözlənilən təbii reaksiyasını artıq görürük. Rusiya indi qlobal şəbəkələrdən təcrid edilir. Artıq onun başqa seçimi yoxdur: ya öz dünyasını qurmalı, ya da yox olmalıdır. Rusiya öz dünyasını, öz sivilizasiyasını qurmaq kursunu götürüb. Hazırda isə ilk addım atıldı. Amma qlobalizm qarşısında yalnız böyük bir məkan, qitə-dövlət, sivilizasiya-dövlət suveren ola bilər. Bütün əlaqələrdən tamamilə təcrid olunmuş bir ölkə uzun müddət tab gətirə bilməz.

Rusiya indi qlobal müqavimət meydanı yaradır. Onun qələbəsi bütün alternativ qüvvələrin – həm sağın, həm solun, həm də bütün xalqların qələbəsi olacaq. Həmişə olduğu kimi ən mürəkkəb və təhlükəli proseslərə biz başlayırıq. Amma biz qalib gələndə hamı bundan istifadə edir. Bu, belə də olmalıdır. Biz indi real çoxqütblülük üçün ilkin şərtlər, əlverişli zəmin yaradırıq. İndi bizi öldürməyə hazır olanlar isə sabah şücaətimizin nəticəlırindən ilk istifadə edənlər olacaqlar.

Bunları təkrar-təkrar demək vacibdir: hərbi əməliyyat atlantizm və qlobalizmə qarşı, birqütblü dünyaya qarşı yönəlib.

Bu, profilaktik əməliyyatdır - vaxtında və məntiqlidir. Hazırda Rusiya həqiqətən çoxqütblü dünya yaradır. Çoxqütblü dünya birqütblü dünyadan onunla fərqlənir ki, qərarlar təkcə Vaşinqtonda qəbul edilməyəcək. Bu, ən vacib məsələdir. Hitler və Stalin dünyadan köçəndən sonra onların funksiyalarını Buşlar, Klintonlar və Obamalar öz üzərinə götürdü. İstədikləri yerdə, kiminlə gəldi savaşa başladılar, qalanlara susmağı, yerindən tərpənməməyi əmr etdilər.

Birqütblü dünya liberal nasizmdir. Rusiya belə bir dünya nizamına qarşı üsyan etdi. Liberal nasizmin aldatdığı Ukrayna isə təəssüf ki, ona inandı və təxribata boyun əydi. O, indi bunə görə bədəl ödəyir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)