Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / Publisistika
Aydın Əlizadə:Azərbaycanın bölünməsi əfsanəsi haqqında
Bizimkilər erməniləri tarixi əfsanələr uydurduğunu iddia edirlər. Ancaq onlardan bu məsələdə heç də geriyə qalmırlar.
Məsələn Azərbaycanın Gülüstan müqaviləsi ilə "bölünməsi" əfsanəsi. Bu nağılı Sovet vaxtı o zamanın siyasəti ilə uydurub Moskva tərəfindən bizə sırayıblar ki, İranın bölünməsinə əsas olsun. Çünki 1940-cı illərdə İranın şimalını SSRİ-yə birləşdirmək planları var idi. Bundan sonra cənub "həsrəti" emosional qəsidələr oxunmağa başladı. Bu Kommunist partiyasının sifarişi idi. Bəxtiyar Vahabzadə "bölünmək" haqqında bir şeyir yazandan sonra bu əfsanə daha da çox yayıldı. İndi Sovetlərdən və Rus imperiyasından narazılar çoxdur. Ancaq özləri həmin imperiyaların atdığı əfsanələrə inanırlar.

Əslində isə Rusiya Qacar dövlətini məğlub edib onu Gülüstan anlaşmasına qol çəkməyə məcbur edib. O zaman nə Azərbaycan dövləti, nə də azərbaycanlı adlanan millət var idi ki, onu bölsünlər. Bu bir məkan idi, Osmanlı, İran və Rusiya arasında gedən davaların meydanı idi. Burada bir neçə kiçik yarımüstəqil xanlıqlar var idi və onlar Qacarlarla rusların arasında çabalayırdılar ki, varlıqlarını təmin etsinlər. Əhali isə əsasən türk qəbilələrindən ibarət idi. Həmçinin Qafqaz və irandilli milliyətlər də var idi. Bir hissəsi yarıköçəri, digəri oturaqlaşmış xalqlar idi. Yəni azərbaycalıları heç kəs bölə bilməzdi, çünki həmin müqavilə iki vuruşmuş imperiya arasında bağlanmışdı. Onların heç ağlına da gələ bilməzdi ki, 120 ildən sonra Azərbaycan yaranacaq və onları onu bölməkdə ittiham edəcəklər.
Mövzu linkləri: