Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika
Ukrayna məsələsi ən qısa zamanda sərt metodlarla həll ediləcək - Korotçenko
Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, hərbi və siyasi ekspert, Azərbaycan xalqının dostu İqor Korotçenko Rusiyanın məşhur "60 dəqiqə" siyasi teleşousunda çıxış edərkən Ukrayna məsələsinin ən qısa zamanda sərt metodlarla həll ediləcəyi anonsunu verib.
Ekspert sonuncu NATO-Rusiya danışıqlarına işarə edərək "Bu danışıqlar nə üçün lazım idi. Yalnız bir şey üçün. Rusiyanın gələcək hərbi-texniki fəaliyyətini legitimləşdirmək üçün"- deyərək gözlənilməz reaksiya bildirib və bu legitimləşməyə görə ABŞ-a təşəkkürünü ifadə edib.
Onun fikrinə görə, danışıqlar Rusiya üçün uğurlu keçib və amerikanlar özləri də bilmədən Rusiyanın yolunu açmış oldular.
"Bizim üçün əgər döyüş qaçılmazdırsa - ki, bu qaçılmazdır - ilk zərbəni endirmək aksiomadır".
Politoloq Moskvanın Ukraynanın suverenliyini tanıdığını, lakin onun ərazisindən Rusiyaya hücum etmək üçün plasdarm kimi istifadə edilməsinə heç bir vəchlə yol verməyəcəyini bəyan edib.
"Bu məsələ tez bir zamanda, sərt və operativ şəkildə öz həllini tapacaq" - Korotçenko əlavə edib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ