Flaş / Gündəm / Azərbaycan / Cəmiyyət-Elm / Publisistika
Tanınmış avrasiyaçı Adıgözəl Məmmədovun 50 yaşı tamam olur
Tədqiqatçı-yazıçı, politoloq, Slavyan-Türk Birliyi Hərəkatının rəhbəri Adıgözəl Məmmədovun 50 yaşı tamam olur.
Adıgözəl müəllim ölkəmizin sayılıb-seçilən siyasətçilərindəndir, belə ki əksəriyyət qərbyönümlü, liberal və millətçi yol tutsa da, o ölkəmizin gələcəyini avrasiyaçılıq ideologiyasında görür. O belə hesab edir ki, Avrasiya inteqrasiyası- slavyan-türk arealının bütün ölkələri üçün perspektivli mövzudur. Regionumuzun ölkələri coğrafi olaraq bu proseslərə qatılmışlar. Biz öz dünyagörüşümüzü və siyası baxışlarımızı Avrasiya dünyasının xalqları arasında böyük birliyə nail olmaq istiqamətində format etməyə məcburuq. Təsadüfi deyil ki, hal-hazırda postsovet məkanının vacib intellektual kəsimi get-gedə avrasiyaçılığa meyllənməkdədirlər.
Adıgözəl müəllimin yublieyi ilə əlaqədar Azərbaycanın görkəmli şəxiyyətlərinin iştirakı ilə konfrans keçirilmiş, MDB məkanıının bir sıra siyasətçiləri ona təbrik məktubları göndərmişlər.
Adıgözəl müəllim, sizi bu böyük yubiley münasibətilə ürəkdən təbrik edirik. Vətənə Vətənin adını-sanını yaşadan oğullar gərəkdir- sizin kimi. Siz bu qəbildən olan elm adamlarımızdan birisiniz. Sizinlə qürur duyuruq. Sizə can sağlığı, mənalı yaradıcılıq yolu və uzun ömür arzulayırıq.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Həm SSRİ-nin, həm də ABŞ-ın oynatdığı yazıçı - Soljenıtsın niyə bu qədər ziddiyyətli idi?
Avrasiya İqtisadi Birliyi
Qeyri-mümkün missiya? Türkiyənin Əfqanıstan “həmləsi”: Risklər, gözləntilər, üstünlüklər və əngəllər
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü