Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
21:58, 04 yanvar 2022
588
0

Qazaxıstandakı mitinqlərin arxasında kim dayanır?

Cəmil Şirvanov

Qazaxıstanda neçə müddətdir ki, etirazlar baş alıb gedir. Etirazların başlama səbəbi qazın qiymətinin qaldırılmasıdır. Mitinqlər o qiymətlər üstündə başlayıb ki, Rusiyadan 1,5-2 dəfə, dünyadakı qiymətlərdən isə dəfələrlə aşağıdır. 

Şəbəkə müharibəsinin təzahürləri hər addımda özünü göstərməkdədir. Son zamanlar orda baş qaldıran rusofobiyanın körüklənməsi ilə bərabər Ukraynanın maydan ssenarisinin isteriyasını dəqiq müşahidə etmək olur. Mitinqlərin “Hakimiyyəti yıxıb ağ günə çıxacağıq” ab-havası hakimdir. 
 
Qazaxıstanda maydan qalib gəldikdən sonra kommunal tarif siyasətinin nələrə gətirib çıxaracağını indidən müəyyən etmək çox asandır. Çünki ortada günü-gündən yoxsullaşan Ukrayna nümunəsi var. Məlumat üçün deyim ki, hazırda Ukraynada kommunal xidmətlər maydandan əvvəlki tarixlə müqayisədə 10 dəfədən(!!!!!) çox bahalaşıb. 
 
Ölkəni bürüyən maydan əhval-ruhiyyəsinin mənbəyini müəyyən etmək heç də çətin iş deyil. Cəmi 3 hərf – ABŞ. Sual yaranır ki, niyə məhz ABŞ? Cavabını qısaca belə vermək olar: 

Qazaxıstan Avrasiya İqtisadi Birliyinin aparıcı üzvlərindən biridir. 2025-ci ildə bu birliyin vahid enerji bazarı formalaşdırılmalıdır. Rusiya ilə iqtisadi inteqrasiya sürətlə davam edir.  
 
Bundan başqa, Qazaxıstanın Çinlə münasibətləri yüksək səviyyədədir. Şanxay Əməkdaşlıq Təşkilatı və ikitərəfli münasibətlər çərçivəsində strateji müttəfiqlik əlaqələri vardır. Qazaxıstan Çinin “Bir Yol, Bir Kəmər” layihəsində oynadığı rola, bu layihə üçün son illərdə yaratdığı yol infrastruktura, az sonra Qazaxıstanın Şərqdə nəqliyyat hublarından birinə çevriləcəyinə, getdikcə Qazaxıstanda Rusiya və Çinin təsirinin dərinləşməsinə sizcə hansı ölkənin təhəmmülü yoxdur? Əlbəttə ki, ABŞ-ın. 

Çünki Rusiyanın və Çinin layihəsi olan avrasiyaçı təşkilatlar ABŞ-ın qlobal imperiya layihəsi və “Anakonda” əməliyyatının fiaskosu, həm də iqtisadi cəhətdən çöküşünü şərtləndirən, bu çöküşlə bərabər sosial problemləri alovlandıraraq Amerikanın siyasi elitasına təhlükə yaradan təhdiddir. Yəni, bu hələ başlanğıcdır. Qazaxıstan bir neçə il çalxalanacaq.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)