Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / İqtisadiyyat-Azərbaycan / Publisistika
18:44, 04 yanvar 2022
727
0

Aftandil Babayev: SSRİ-dən danışanda vicdanla danışmaq lazımdı


Feysbuk tez-tez xatırladır, ötən illərin statuslarını. Baxıram biz elə 2015-də də, 2016-da da hər il qiymətlərin qalxmasından şikayət etmib, sonra öyrəşmişik.

Hökumət nə qədər səriştəsiz olsada iş orasındadır ki, qiymət artımı, infilyasiya, iqdisadi böhran kapitalizmə xas bir prosesdi. Məsəl üçun 2008 ci ildəki qlobal iqdisadi böhranda kapitalizmin beşiyində on minlərlə amerikalı öz evlərini itirdi.

Unun son qiymət artımı da dünya bazarında baş verib və bizə də təsir göstərib.

Sistem belədi, əslində hökumət bazar-iqdisadiyyatı şəraitində qiymətlərə mudaxilə etməməlidi.

Biz hökumətə kənd təsəruffatının vəziyyətini irad tuta bilərik, onlar da deyəcək ki kalxoz və sovxozları məhv edib torpağı sizin aranızda bölmədimmi? İndi nə istəyirsiz gedin əkin də, istəyirsiz buğda əkin, istəyirsiz arpa əkin, istəyirsiz kaktus əkin.

Sovet, sosializm, kolxoz və sovxoz adı gələndə özunu dədəsi təhqir olunmuş kimi hiss edən insanlar nə haqla indi bahaçılığdan şikayət edir. Onların fəxrlə həmişə misal çəkdikləri kapitalizmin ulduzu Cənubi Koreyada sanki hökumətin vecinədi on minlərlə evsiz-eşiksiz cənubi koreyalı.

Bilirəm gücumuz bu sistemi dəyişib milli iqdisadiyat qurmağa çatmaz amma heç olmasa sosilazimdən, SSRİ-dən danışanda vicdanla danışmaq lazımdı.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)