Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
12:40, 25 dekabr 2021
529
0

ABŞ Ukraynanı Katerina Yuşenko və onun kimilərinin əli ilə faşistləşdirdi


Şəkildə geniş planda əks edilən Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonun həyat yoldaşı Katerina(Ketrin) Yuşenkodur. Foto onun üzvü olduğu Amerika Milli Alyansı Partiyasının tədbirlərindən birində çəkilib. Adolf Hitler və III Reyxin ideologiyasının ABŞ ardıcıllarının faşist partiyası.

Həyat yoldaşının prezidentliyi dönəmində də partiya üzvlüyünü tərk etməsi barədə bilgi yoxdur. Bildiyimiz kimi Katya "sevimli həyat yoldaşı" ilə  V. Yuşşenko ilə 1993-cü ildə  tanış olmuş və 1998-ci ilin yanvarında "ailə qurmuşlar".

Bundan sonra Viktorun karyerasında yüksəliş tempi artmış, həmin il dərhal Ukrayna Milli Bankının prezidenti, ardından hökumətdə müxtəlif çox yüksək vəzifələr tutmuşdur. Ayağı düşərli olub.

V. Yuşenko ölkə prezidenti seçiləndən sonra 2005-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib.

Amerikada göz açıb böyümüş bu xanım, Dövlət Departamentində(DD) babat vəzifə tutmuş, Maliyyə Nazirliyində çalışmış.

Karyerasının ən ciddi məqamlarından biri CİA(Mərkəzi Kəşfiyyat İdarəsi) - nin və DD-nin bir başa kurasiyasıyla fəaliyyət göstərən Ukrayna Milli Komitəsində 1982-ci ildə Vaşinqton dairəsi  İnformasiya bürosundakı uğurlu fəaliyyəti ilə bağlıdır. Qurum ümumilikdə CİA patronajlığında olsa da, bu büro komitə rəhbərliyi üzərindən birbaşa Lengliyə bağlı olub. Fiqurantları ciblərində  ya CİA vəsiqəsi daşıyan əməkdaşları, yaxud xüsusi öyrədilmiş agentlərindən təşkil edilmiş, ukraynalı təsir agentlərinin hazırlanması, informasiya savaşı, ideoloji xətt mexanizmlərinin planlaşdırılması və icrasına məsullardan biri olublar.

Katerina Yuşenko Stepan Banderanın milli qəhrəman və banderaçılığın Ukrayna milli ideoloji xəttə çevrilməsində əsas rola sahibdir. Milli düşmənlər cəbhəsinin formalaşması, onlara nifrət hissinin keyfiyyətlərini və tarixi əsaslara dayanıqlığını bəlirləyən Qladomor məsələsi də xanım Yuşenkonun uğurudur.

Hansılar ki, prezident Viktor Yuşenkoun adıyla tarixə yazılan üç əsas faktdan ikisidir. Üçüncü amil isə Ukraynanın şərq və qərb anlayışına  bölünməsinin təntənəsidir. Yuşenko zamanı azad fikrin ifadəsi istiqamətindəki irəliləmə bunların yanında heç nədir.

Katerina Yuşenko Qladomor araşdırmalarına görə ABŞ-ın Trümen - Reyqan sülh medalıyla mükafatlandırılıb. Yazılan faktların izahlı təqdimatına gərək duyulmur məncə.

Əli İsgəndərov


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)