Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika / Publisistika
Cəmil Şirvanov: Kollektiv Qərb və onun tərəfdaşlıq platformaları region münaqişələrini həll etməyə qabil deyil
ATƏT, Avropa Birliyi, ABŞ, daha nə bilim bu tipdə olan təşkilat və ya dövlətlərdən hansını istəyirsiniz götürün - bunların heç birinin regiondakı vəziyyəti dəyişmək üçün imkanları yoxdur.
Əvvəllər də qeyd edirdik ki, regiondakı vəziyyəti normallaşdıra biləcək, problemləri həll edə biləcək, ən nəhayət regionun iqtisadi çiçəklənməsinə səbəb ola biləcək yeganə istiqamət region ölkələri ilə dialoqa başlamaq, regional inteqrasiyanı sürətləndirməkdir.
Bizə yad olan, uzaqdan idarə edilən, okeanın o tayındakı ciddi iş adamlarının maraqlarını müdafiə edən platformaların bizə heç bir xeyri olmayacaq. Çünki bu platformaların yaranma və mövcud olma səbəbi və məqsədi bizi ağ günə çıxarmaq, regionda sülh və əminamanlığı, inkişafı təmin etmək deyil, kollektiv Qərbin maraqlarını təmin etməkdir. Bizə öz qurduğumuz, region ölkələrin tərəfdaşlığına söykənən platformalar lazımdır ki, bunlardan bir neçəsi artıq mövcuddur, yaxşı-pis işləkdir. Bu cür təşkilatlardan biri də bu yaxınlarda yaradılan, ilk iclası bir neçə gün əvvəl keçirilən "3+3"(3+2) platformasıdır ki, bu platforma artıq öz nəticələrini göstərməkdədi. Artıq Yerevanla İstanbul arasında aviareyslər açılır. Get-gedə yumşalma baş verir.
Regional ölkələrin tərəfdaşlıq platformaları ona görə effektivdir ki, orda birbaşa problem subyektləri iştirak edir. Dialoq ən yüksək səviyyədə aparıla bilir. Heç bir sabotajçı vasitəçi birbaşa iştirak etmir. Əminəm ki, bu platformaların daha da pozitiv nəticələri olacaq. Gözəl günlər hələ qabaqdadır.
P.S. Gürcüstan özünü axmaqca aparmaqla əslində öz əhalisinə qarşı cinayət edir. Gürcüstan və onun regional platformalardan kənara çəkilməsinin nəticələri mövzusunda gələcəkdə xüsusi yazı yazacam.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş