Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
Cəmil Şirvanov: Əgər qoysansa öz yerini bilməlisən
Şəkildə gördüyünüz qadının adı Saule Omarovadır. Qazaxıstanda doğulub və uşaqlığı orda keçib. Sonra isə ABŞ-a miqrasiya edib. Oxuyub, işləyib, karyera qurub. Əl-qərəz, bu yaxınlarda Maliyyə Nazirliyində pul dövriyyəsinə nəzarət idarəsinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmüşdü. Lakin bu namizədlik heç də ABŞ esteblişmenti tərəfindən birmənalı qarşılanmadı.
Senatda bu vəzifəyə təyin edilən şəxs araşdırılır, sorğulanır. Həmin üzbəüz sorğulardan birinin az bir hissəsinə baxmışdım. Senator qadına elə kinayəli suallar verir, onun SSRİ-dəki keçmişinə işarə edirdi ki, sanki SSRİ-də doğulmaq qəbahət imiş. Bir sözlə qoy kimi baxırdılar ona. Az qala DTK agenti deyəcəkdilər. Saule isə "mən kommunist deyiləm, heç vaxt da olmamışam. Mən və ailəm kommunist rejiminin qurbanlarıyıq, kommunizmə nifrət edirəm" və bu kimi şeylər danışaraq öz kökündən, keçmişindən qaçmağa çalışırdı. Arvad(arvada elə arvad deyərlər) bir o qalmışdı desin ki, "kommunistlərin varyoxuna lənət".
Ancaq bütün bunlar kifayət etmədi. Ömrü boyu xidmət etdiyi ABŞ dövləti ona "açar" vəzifəni verməmək üçün hər cür həyasızlığa gedirdi. Və bu gün Saule sovet keçmişinin bu qədər araşdırılmasından bezib namizədliyini geri götürdü.
Bax belə, əzizlərim! Bu hamıya dərs olsun. Bir qoy heç vaxt gedib Amerikada açar vəzifə tuta bilməz. Ona qarşı ayrı-seçkilik edəcəklər. Hətta keçmişinə, əslinə-kökünə söysən də, qatı liberal olsan da xeyri yoxdur. Əgər qoysansa öz yerini bilməlisən.
Mövzu linkləri:
Həmçinin oxuyun: