Flaş / Dünya / Gündəm
Hindistanın Baş Qərargah rəisi vertolyot qəzasında həlak oldu
Hindistanın Baş Qərargah Rəisi Bipin Ravat vertolyot qəzasında həlak olub.
Demotiya.com "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Raçnat Sinqhin Tvitter hesabında paylaşım edilib.
Qeyd olunub ki, Mİ-17V5 markalı hərbi vertolyotun qəzaya uğraması nəticəsində Baş Qərargah Rəisi və arvadı, həmçinin 11 hərbi qulluqçu həlak olub.
Hinsdistanda Müdafiə Nazirliyində Baş Qərargah rəisi vəzifəsi 2019-cu ildə təsis olunub. Bipin Ravat bu vəzifəyə təyinat alan ilk şəxs idi.
Baş Qərargah rəisinin əsas vəzifəsi ordunun bütün bölmələrinin - quru qoşunlarının, hava qüvvələrinin və donanmanın hərəkətlərini əlaqələndirmək olub. O, həmçinin müdafiə texnologiyaları və silahların alınmasına cavabdeh şəxs vəzifəsini daşıyıb.
Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda qəzaya uğramışdı. Həmi qəza nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Mövzu linkləri: