Flaş / Gündəm / Azərbaycan / Cəmiyyət-Səhiyyə
12:57, 16 noyabr 2021
697
0

Azərbaycanlılar təcrübə siçanı kimi istifadə ediləcək


İlin sonuna qədər Azərbaycanda “Türkovac”ın klinik sınaqlarına başlanacaq. 
“Azərbaycanda “Türkovac”ın 3-cü sınaq mərhələsi ilə bağlı sənədlərə hazırda Səhiyyə Nazirliyinin Etik Komitəsi tərəfindən baxılır”.

Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini qeyd edib ki, bununla bağlı yaxın zamanlarda açıqlama veriləcək: “Klinik sınaqlara ilin sonuna qədər başlanılacaq. Sınaqlar iki tədqiqat üzrə həyata keçiriləcək. “Türkovac”ın həm 1_ci, həm 2-ci, həm də 3-cü doza kimi vurulması nəzərdə tutulur. Azərbaycanda da 3-cü sınaq mərhələsi Türkiyədəki kimi həyata keçiriləcək. Hazırda Türkiyədə sınaqlar davam edir. Eyni zamanda Azərbaycanda da sınağın aparılması planlaşdırılır. Sınaq mərhələsinin nə qədər davam edəcəyinə də Komitə tərəfindən baxılır. Bütün məsələlərə aydınlıq gətiriləcək”.

Belə görünür ki, Azərbaycan əhalisi təcrübə siçanı kimi istifadə ediləcək. Türkiyənin tibb müəssisələri tərəfindən istehsal edilən yeni vaksin niyə həm də bizim üzərimizdə sınaqdan keçirilməlidir? Niyə insanlarımız başqa ölkənin təcrübə materialına çevrilməlidir? Türkiyədə bizdən 8 dəfə çox əhali olduğu halda niyə təcrübələr bizim üzərimizdə aparılmalıdır? 

Hər halda bu suallar hamımızı düşündürməli, cavabdeh təşkilat kimi isə Səhiyyə Nazirliyi bu suallara əsaslandırılmış cavab yayımlamalıdır.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)