Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan / Cəmiyyət-Səhiyyə
16:37, 06 iyul 2021
399
0

Azərbaycanla Rusiya arasında «Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi» imzalanıb


Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Teymur Musayev və Mixail Muraşko «Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi»ni imzalayıblar.

Sənəd "Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi" barədə məlumatları özündə ehtiva edir.

Yol Xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər; tibb işçilərinin ixtisaslarının təkmilləşməsi; tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması; elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və s. əks etdirir.

Bundan əlavə, sənəddə tədbirlərin keçirilməsi - tibb və əczaçılıq inkişafı sahəsində məlumat mübadiləsi; prioritet sağlamlıq mövzularında seminarlar keçirərək mütəxəssis mübadiləsi və s. əks etdirilib.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)