Flaş / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
İlham Əliyev: Azərbaycan Rusiyadan silah alışı ilə bağlı yeni sifarişini verib.
Azərbaycan Rusiyada istehsal olunan yeni növ silah və texnikaların əldə edilməsi üçün sifarişi artıq göndərib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
"Bizim aramızda bütün istiqamətlərdə işlər yaxşı gedir. Xüsusilə də Hərbi-texniki təchizat sahəsində. Təbii ki, indi bizim texniki qrupumuz yeni texnikaların və silahların imkanları ilə maraqlanır. Bir neçə sifariş artıq göndərilib. Rusiya ilə bu sahədə əməkdaşlığımız daha da inkişaf edəcək" - deyə Prezident "Milli Müdafiə" jurnalının sentyabr buraxılışına verdiyi müsahibədə bildirib.
O həm də Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın gələcəkdə yüksələn xətt üzrə hərəkət edəcəyini ifadə edib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Azərbaycanda xarici valyutalara tələb azalıb, əhali isə dayanmadan rubl alır
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Elşən Manafov: Putinlə Ərdoğan bir-birinə etimad edirlər