Flaş / Gündəm / Azərbaycan / İqtisadiyyat-Azərbaycan
17:53, 07 sentyabr 2021
591
0

İİTKM: 8 ayda meyvə-tərəvəz ixracı 365 milyon dollar gəlir gətirib


Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ixracının dəyəri 13 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 1,6 milyard dollar təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 milyon dollar və yaxud 37,1% artıb. 2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.

Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln ABŞ dolları olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 milyon dollar təşkil edib.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)