Flaş / Dünya / Gündəm / Cəmiyyət-Səhiyyə
17:25, 07 sentyabr 2021
614
0

Yaponiya "Moderna" vaksinlərini geri yığır


ABŞ əczaçılıq nəhəngi "Moderna" ilə Yaponiyadakı satış və paylama şəriki "Takeda" tərkibində yad maddələr olan peyvəndlərlə bağlı qərar qəbul edib.

Müvafiq olaraq yad maddələr və şüşələrində çirklənmə aşkarlanan 1,6 milyon dozadan çox istifadə edilməmiş COVID-19 peyvəndi geri yığılacaq.

Yaponiya Səhiyyə Nazirliyi ötən həftə açılmamış "Moderna" peyvənd şüşələrinin çirkləndiyini və bəzi flakonlarda yad maddələr olduğunu açıqlamışdı.

Nazirlik yad maddələr aşkar edildikdən sonra istifadəsi dayandırılan "Moderna" seriyası peyvəndlərinin ilk dozasını alan 30-38 yaş arası iki nəfərin bir müddət sonra öldüyünü bildirmişdi.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)