Flaş / Dünya / Gündəm
17:17, 07 sentyabr 2021
443
0

İslamabad və Moskva “Sputnik V” peyvəndinin Pakistanda istehsalını müzakirə edir


İslamabad və Moskva “Sputnik V" peyvəndini Pakistanda istehsal etməyi müzakirə edirlər, bu ölkələr arasında əməkdaşlığın inkişafı üçün başqa bir sahə ola biləcəyi açıqlanıb.   

Bu barədə Pakistanın Rusiyadakı səfiri Şəfkət Əli Xan RİA “Novosti”yə müsahibəsində bildirib.   

O qeyd edib ki, Pakistan artıq ötən həftə Rusiya peyvəndinin ilk partiyasını alıb.

“Ancaq belə böyük bir ölkənin əhalisini - 200 milyondan çox insanı yalnız satın alınan vaksinlə peyvənd etmək mümkün deyil.  Burada ikinci mərhələyə - Pakistanda istehsala keçirik, artıq bu məsələ ilə bağlı müzakirələr aparılır,” - deyə səfir bildirib.

“Rusiyanın elmi bazası var, uğurlu bir peyvəndi var və bu, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün başqa bir sahəyə çevrilə bilər,” - deyə diplomat qeyd edib.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)