Flaş / Gündəm / Siyasət-Dünya
13:39, 05 iyul 2021
370
0

"HƏMAS" rəsmisi İran və digər müsəlman dövlətləri barədə danışıb


Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədrinin müavini Xəlil əl-Xayyə İran İslam Respublikası ilə bağlı danışıb.   Xəlil əl-Xayyə verdiyi açıqlamada vurğulayıb ki, HƏMAS hərəkatının İran İslam Respublikası ilə möhkəm əlaqələri var.  

"Biz İslam dünyasının bir çox ölkələri ilə əlaqə qurmağa çalışırıq. Lakin bizə ən yaxşı dəstək verən ölkə İran İslam Respublikasıdır", - deyə Xəlil əl-Xayyə diqqətə çatdırıb.  

O həm də qeyd edib ki, bu gün Fələstin xalqı bir çox İslam və ərəb ölkələri tərəfindən arxadan zərbə alıb.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)