Flaş / Gündəm / Siyasət-Dünya
Putin Əfqanıstanla bağlı söz verdi – Lazımı dəstək veriləcək
Rusiya Əfqanıstanda vəziyyətin gərginləşməsi ilə bağlı Tacikistana yardım edəcək. Kremlin rəsmi saytının verdiyi xəbərə görə bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistan rəhbəri Emomali Rahmonla telefon danışığı zamanı bildirib.
"Vladimir Putin Tacikistana həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib", - deyə məlumatda qeyd olunur.
Həmçinin qeyd olunur ki, liderlər Rusiya-Tacikistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin qarşılıqlı gücləndirilməsi və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Mövzu linkləri: