Flaş / Publisistika
23:23, 05 iyul 2021
608
0

Ərdoğana imperiya yaratmaq olar, amma Putinə yox?


Deputat Yelena Panina özünün “Aya Sofyanın statusunun dəyişdirilməsi qərarı – dünyəvi Türkiyənin sonudur” adlı məqaləsində ondan bəhs edir ki, Konstantinopoldakı Müqəddəs Sofiya kilsəsinə məscid statusunun verilməsi Osmanlı İmperiyasının dirçəldilməsi və Atatürk ideologiyasından birdəfəlik imtina deməkdir.

Əslində bu sadəcə türk millətində çoxdan yatmış “imperiya” genlərini oyatmağa çalışan siyasətçilərin gurultulu hay-küyüdür. Osmanlı İmperiyası 100 il qabaq canını tapşırdı və özündən sonra bircə Anadolu formasında qırıntı saxladı. Əgər Lenin özünün dünya inqilabı ideyası ilə olmasaydı, indi Türkiyə dövləti özü də tarixə qovuşacaqdı.

Yeri gəlmişkən, Lenin barədə. Bu “inqilab dahisi” ilk növbədə rus xalqına qarşı müharibə elan edərək, Rusiya İmperiyasının son qalıqlarının da likvidasiyası üçün əlindən gələni etdi. Allaha şükürlər olsun ki, ona bu işi sona çatdırmaq nəsib olmadı. Onun yerinə hakimiyyətə gələn Stalin Rusiyanı dünya inqilabının alovuna atmaqdan qəti imtina etdi və başda Trotski olmaqda bu niyyətdə olanların hamısını rəhm etmədən qırdı. Nəticədə Stalin Çar İmperiyasının yerində yeni, dünyəvi imperiya yaratdı ki, bu imperiyanı onun varisləri Xruşşovdan başlayaraq Qorbaçova kimi əzmlə dağıtdılar. Yəqin Stalinin yaratdığı dövlətin perspektivlərinin möhtəşəmliyi onları qorxuya salırdı. Bu adamların şəxsiyyətlərinin cılızlığı onlara imkan vermirdi ki, Stalin dövlətçiliyinin perspektivlərini nəinki həyata keçirsinlər, hətta həmin perspektivlərin möhtəşəmliyini etiraf etsinlər. Odur ki, Şərq və Qərbin köhnə qarşıdurmasında qələbə çalmağa hazır olan qüdrətli dövlət 1917-ci ildə olduğu kimi iflasa uğradı. Bu iflasdan güc-bəla ilə Yeltsinin ac və yalın Rusiyası ortalığa çıxdı. Böyük imperiyaların varisi olan bu dövlət Putinin vaxtında yenidən gücləndi, amma yenə də əvvəlki tək imperiya ambisiyalarından söhbət düşərkən diksinir. Harda gəldi özünün imperiya ambisiyalarını nəinki açıq qışqıran, o cümlədən bunun realizasiyasına planlı şəkildə can atan sürüşkən Ərdoğandan fərqli olaraq bizim rəhbərimiz vaxtilə Sovet sosialist respublikaları adlanan, indi özlərinə müstəqil dövlət adı qoymuş və bu cür adlanmalarından xoşlanan ərazi təsisatlarının xətrinə toxunmaq istəmir.

Padakoks alınır: Türkiyə nə kifayət edəcək qədər təbii resurslara, nə insan resurslarına, nə əraziyə, nə siyasi nüfuza, nə hərbi qüdrətə, nə hərbi-sənaye kompleksinə malik olmadığı halda imperiya ambisiyaları nümayiş etdirir, amma Rusiya dünyanın ən böyük ölkəsi, təbii resurslar xəzinəsi, çoxsaylı əhalisi, nəhəng hərbi-sənaye kompleksi, super müasir ordusu, dünyanın ən nüfuzlu adamı sayılan Putin kimi qüdrətli rəhbəri ola-ola sakitcə oturur, siyasi məsumluq və beynəlxalq hüquqa bağlılıq nümayiş etdirir. O beynəlxalq hüquqa ki, 1991-ci ildən bəri artıq yoxdur, təkcə sözdə qalıb.

Müəmma yaranır ki, vaxtilə süqut etmiş imperiyanı yenidən qaytarmaq olarmı? Tarix göstərir ki, olar.
Böyük Karlın imperiyası dağıldı, amma Müqəddəs Roma İmperiyası formasında yenidən dirçəldi ki, bundan da Avstriya-Macarıstan İmperiyası ortalığa çıxdı. Bizim ölkə ümumiyyətlə bu sahədə planetdə ən öndə gedir. Orta əsrlərin Böyük Tartariya İmperiyasından İvan Qroznının Moskva Çarlığı yarandı ki, bu da sonrada Rusiya İmperiyası kimi formalaşdı. Bu dövlət hərc-mərclik dövrünü arxada qoyaraq Romanovların çarlığı dövründə dirçəldi, Böyük Pyotrun rəhbərliyi altında tam imperiya cizgiləri aldı. Çar Rusiyanın yerinə Stalinin Qırmızı İmperiyası gəldi.
Özünün geocoğrafi və geopolitik mövqeyinə, təbii şəraitinə və demoqrafik xüsusiyyətlərinə görə Rusiya ancaq imperiya kimi yaşaya bilər.
İndiki qarışıq dövrə tezliklə son qoyulacaq. Ona görə ki, qarışıqlığın uzanması gələcəkdə Rusiyanın parçalanması və rus xalqının etnik birlik kimi yox olması ilə müşayiət oluna bilər.

İnanın ki, Allah buna yol verməyəcək.
Ona görə ki, Allahın Rus xalqına və ölkəsinə tam fərqli baxışları var.
O ki qaldı Türkiyəyə və onun təzə ortalığa çıxmış “sultanına”, onların imperiyalıq şansı yoxdur. Onları gələcəkdə belə perspektiv gözləmir.
Çünki iki Avrasiya proyektinin eyni vaxtda mövcud olması mümkün deyil. Həm də Rusiya, yuxarıda dediyimiz kimi, müqayisə edilməz dərəcədə güclüdür. 

Türkiyə dünyada milyonlarla məscid tikə və məktəb aça bilər, amma bu kömək etməyəcək.
Ona görə ki, Allah birdir və Rusiyanın tərəfindədir.

Aleksandr Krasnoqorski

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)