Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
Əfqanıstanda yenidən qırğın gözlənilir: Pəncşəhr təslim olmaq niyyətində deyil
Taliblərin yaydıqları videoda döyüşçülər deyirlər ki, əyalətə doğru irəliləyirlər, Məsudla Salehin tərəfdarları isə ya əyaləti dörd saat ərzində təhvil verməli, ya da döyüşə hazır olmalıdırlar.
Dağlıq Pəncşəhr əyaləti taliblərə təslim edilməyəcək, onun sakinləri müdafiəyə hazırdırlar.
Sputnik Azərbycan bildirir ki, bunu yerli müqavimət hərəkatının lideri Əhməd Məsud deyib. O, 2001-ci ildə antitaliban “Şimal alyansının” lideri Əhməd Şah Məsudun oğludur.
“Pəncşəhr Talibana* verilməyəcək... Əgər onlar Pəncşəhrə nəzarət etməyə cəhd göstərsələr, biz müqavimət göstərməyə hazırıq”, - Məsud “Əl-Ərəbiyyə” telekanalına deyib.
Bundan başqa, o əlavə edib ki, taliblərin nümayəndələri Pəncşəhr müqavimət hərəkatı ilə danışıqlardan imtina ediblər.
“Taliban dialoqu müharibənin sonunadək təxirə saldı... Biz Əfqanıstanda müharibəni sonlandırmaq istəyirik və dialoqa can atırıq... Əgər özünü belə aparmağa davam etsə, Taliban uzun müddət duruş gətirə bilməyəcək”, - Məsud deyib.
Cümə axşamı, avqustun 19-da Britaniyanın "Sun" qəzeti mənbələrinə istinadən bildirmişdi ki, minlərlə yaxşı hazırlıqlı döyüşçü, o cümlədən Amerika və Britaniya əsgərlərinin, elitar Xüsusi Hava Qüvvələrinin (SAS) hazırladığı döyüşçülər Pəncşəhrə istiqamət götürüblər. Nəşr eləcə də bildirirdi ki, general Əbdül-Rəşid Dustumun dəstələri və talibləri dəstəkləməkdən imtina edən müntəzəm ordunun hərbçiləri də həmin rayona gedirlər.
Bundan öncə “Asharq Al-Awsat” qəzetinə müsahibəsində Əhməd Məsud demişdi ki, müqavimət liderləri siyasi danışıqlar yolu ilə Talibanla inklüziv hökumət qurmağa hazırdırlar, ancaq "ekstremizmlə xarakterizə olunan" əfqan hokumətinin qurulması yolverilməzdir.
Taliban döyüşçüləri isə bazar günü, avqustun 22-də Pəncşəhrin müqavimət hərəkatının lideri Əhməd Məsuda təslim olmaq üçün dörd saat veriblər.
Bu məlumatı da Əl-Ərəbiyyə” telekanalı yayıb.
“Taliban Əhməd Məsuda Pəncşəhr əyalətini təslim etmək üçün dörd saat verib. Hərəkat bildirib ki, Məsudla Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehin olduğu Pəncşəhrə hücum etməyə hazırdır”, - məlumatda deyilir.
Taliblərin yaydıqları videoda döyüşçülər deyirlər ki, əyalətə doğru irəliləyirlər, Məsudla Salehin tərəfdarları isə ya əyaləti dörd saat ərzində təhvil verməli, ya da döyüşə hazır olmalıdırlar.
Ülviyyə Gülməmmədova
Sputnik.az
Mövzu linkləri:
Həmçinin oxuyun: