Flaş / Dünya / Azərbaycan / Cəmiyyət-Mədəniyyət
14:15, 22 avqust 2021
407
0

Azərbaycan hərbçiləri Moskvada "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsində iştirak edir


Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi keçirilir. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edir.

Yaradıcılıq müsabiqəsində komandamız "Vokal ustalığı", "Xoreoqrafik bacarıq", "Instrumental janr" və "Sərgi fəaliyyəti" mərhələləri üzrə mübarizə aparacaq.

Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.

Müsabiqə avqustun 22-dən sentyabrın 5-nə kimi davam edəcək.

Qeyd edək ki,  yarışlarda 20-dək ölkədən beş yüzdən artıq musiqiçi, vokalist və rəqqas iştirak edəcək.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)