Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
13:06, 14 avqust 2021
444
0

Çarlz Riçard: ABŞ üçün real problem Rusiya ilə Çinin yaxınlaşmasıdır


Pentaqonun strateji komandanlığının rəhbəri admiral Çarlz Riçard bildirib ki, Çin özünün nüvə arsenalında tezliklə “strateji sınmaya” nail olacaq və bu silahın tətbiqi ilə istənilən strategiyanı həyata keçirə bilər.

Digər amerikan strateqləri kimi Riçard da güman edir ki, Çinin nüvə arsenalını modernizasiya etməsi ABŞ üçün kabus deyil. ABŞ üçün real problem Çin ilə Rusiyanın yaxınlaşmasıdır ki, bunu da son illərdə intensiv şəkildə keçirilən birgə hərbi təlimlər təsdiq edir.

Bu sözlər amerikan hərbçilərinin ilk həyəcan təbili çalan bəyanatlar deyil. Lakin buna qarşı adi döyüş növbəsindən və regionda anti-Çin koalisiyasını yaratmağa cəhddən başqa heç bir praktiki tədbir görülməmişdir. 

Turan ekspressi teleqram kanalı


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)