Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
11:53, 07 avqust 2021
339
0

ABŞ HDQ-nin Large Scale Exercise 2021 təlimləri: Qara dənizə qüvvə çatacaq?


Aleksandr Xrolenko

ABŞ-ın Hərbi-dəniz qüvvələri Dünya okeanına nəzarət etmək üçün kifayət etmir. 36 gəmi və üç dəniz piyadası diviziyası ilə Avropa və Asiya dənizlərindəki rəqibləri – Rusiya və Çin HDQ-ni “qorxutmaq” mümkün deyil.

Birləşmiş Ştatlar avqustun 3-də son 40 ilin ən böyük HDQ təlimləri olan Large Scale Exercise 2021-ə başlaylblar. Təlimlər beş hərbi-dəniz birləşməsini (operativ donanmalar), üç ABŞ Dəniz piyadaları korpusunun birliyini və 17 saat qurşağını əhatə edir. 25 min hərbçi cəlb olunub. Manevrlər avqustun 16-dək davam edəcək.

Stars and Stripes nəşrinin məlumatına əsasən, Large Scale Exercise 2021 (LSE) təlimi ABŞ donanmasının 21-ci əsrdə ilk gəmi və desant təlimləridir. Onları miqyasına görə NATO HDQ-nin 1981-ci ildə keçirilmiş Ocean Venture manevrləri ilə ölçmək olar. Planda böyük ərazidə dəniz döyüşlərinin məşqi, okeanda “düşmənin” axtarışı, onun tapılıb məhv edilməsi, nüvə silahının şərti tətbiqi var. Bu soyuq müharibə standartlarına qayıtmaq, “qətiyyət və yeni imkanlar”ın nümayişi, Rusiya və Çinə ABŞ-ın eyni zamanda bir neçə cəbhədə döyüşə biləcəyi barədə siqnaldır. Daha dəqiqi “Qara dənizdə, Aralıq dənizinin şərq hissəsində, Cənubi Şin dənizində problemləri həll etmək, ABŞ silahlı qüvvələrinin zəiflədilməsi üzrə səylərin heçə endirmək” nəzərdə tutulur.

LSE 2021-in gedişində ABŞ HDQ mübahisə predmeti olan ərazidə müxtəlif dəniz, ekspedisiya və sahil əməliyyatlarının çevikliyini, həmçinin yüksək səviyyəli döyüş əməliyyatları aparmağa hazır olduqlarını nümayiş etdirməlidirlər. Amerikalı dənizçilərin (və Əfqanıstanda döyülmüş dəniz piyadaları) yüksək texnologiyalı düşmənlə döyüşməyə, yüksək dəqiq silahın zərbələrinə davam gətirməyə hazırdırlar.

Amerikalı strateqlər hesab edirlər ki, “hərtərəfli güclü düşməni” vahid komandanlıq altında hava, quru, dəniz, kosmos və kibernetika daxil olmaqla eyni zamanda endrilmiş yüksək dəqiq zərbələrlə məhv etmək olar. HDQ-nin birgə döyüş əməliyyatlarına dair yenilənmiş konsepsiya, guya ki, “mübahisəli logistika”nı (nəqliyyat kommunikasiyalarının hədəf olması) da nəzərə alır. ABŞ belə vəziyyətlə İkinci dünya müharibəsindən sonra rastlaşmayıb. Niyyət və planların həyata keçməsini maraqla izləyirik.

Əfsanələr və reallıq

ABŞ 6-cı donanmasının komandanı vitse-admiral Cin Blek bir müddət əvvəl bəyan edib: “LSE donanmanın açıq okeandan tutmuş sahilədək əlaqələndirilmiş əməliyyatlar keçirə bilmək bacarığını nümayiş etdirmək üçün taktikadan tutmuş strategiyaya qədər hərbi-dəniz əməliyyatlarının bütün spektri üzrə bizim komandirləri yoxlayacaq, dəniz piyadaları korpusunu inteqrasiya edəcək”.

Lakin yenə də mütəxəssislər ABŞ donanmasının 36 gəmi və üç dəniz piyadaları birləşməsinin qüvvəsi ilə eyni zamanda Qara, Aralıq, Cənubi Çin və Şərqi Çin dənizlərində, bu azmış kimi ümumilikdə Dünya okeanında ağalıq etmək imkanına şübhə ilə yanaşırlar. ABŞ HDQ inkişafının templərinə, rəqəmlərinə və keyfiyyətinə görə potensial rəqiblərindən geri qalırlar. ABŞ aviadaşıyan zərbə qruplarının “Hollivud” imkanlarının qarşısı aviasiya, sualtı qayıqlar, gəmi əleyhinə sahil raket kompleksləri və eyni dərəcədə effektiv RƏM-HƏM vasitələri tərəfindən alınacaq.

Qərb analitiklərinin fikrincə, Çin və Rusiyanın hərbi donanmaları dənizdə mütləq say üstünlüyünə malikdirlər – 1380 gəmi ABŞ-ın 490 gəmisinə qarşı. ABŞ HDQ gəmi sayına görə (490 vahid) dünyada yalnız dördüncü yeri tuturlar. İlk üç yerdə ÇXR (777 vahid), RF (603 vahid) və KXDR (492 vahid) hərbi donanmaları gedirlər.

Pentaqonun məlumatına əsasən, HDQ-nin tərkibində 297 hərbi suüstü gəmi var, Çində isə bu rəqəm 335-dir. İstənilən halda, fərq böyükdür. Əgər ABŞ HDQ-nin məcmu tonnajını götürsək, hər şey elə də pis deyil, lakin Rusiya və Çinin hipersəs yüksək dəqiq raket silahını, qüdrətli torpedalarını, uzaqvuran HƏM-RƏM sistemlərini nəzərə alsaq, ABŞ-ın aviadaşıyanları və raket eskadra gəmiləri yüz faizlik vurulma üçün asan hədəfdirlər. Xatırladım ki, Pentaqonun hipersəs raketləri yoxdur.

LSE 2021 manevrləri yalnız ABŞ HDQ-ni əhatə edirlər, lakin müttəfiqlər və tərəfdaşlar gələcək versiyalara daxil edilə bilərlər. Yəqin ki, manevrlərin “qapalılığı” Pentaqonun 2020-ci ilin oktyabrında məxfi strateji oyun zamanı buraxdığı səhvlər üzərinə işlə izah edilir. Birləşmiş qərargah rəisləri komitəsinin sədrinin müavini general Con Heytenin fikrincə, payız oyunu uğursuzluğa düçar olub, şərti düşmən informasiya məkanında təşəbbüsü ələ alaraq “buludu söndürüb”. Pentaqon əlverişsiz mühitdə fəaliyyətə hazır deyilmiş. Gələcəyin yüksək texnoloji silahlı münaqişələri əlverişli mühit söz vermirlər.

Gələcəyə aparan yol

ABŞ HDQ hərbi-dəniz əməliyyatları idarəsinin rəisi admiral Maykl Gildey dünən bəyan edib ki, Large Scale Exercise 2021 manevrləri döyüş əməliyyatı aparmaq konsepsiyaları ilə eksperiment etməyə, uzun illər üçün dərs çıxarmağa imkan verəcək. Gələcək döyüşlərə hazırlaşmaq alqoritmi maraqlıdır: “Müharibənin aparılması konsepsiyası aldığımız, sərmayə qoyduğumuz hər şeyin əsası olacaq və o necə döyüşməli olduğumuz barədə bizə məlumat verəcək”.

ABŞ HDQ Sakit okean donanmasının komandanı admiral Kristofer Qreydi LSE 2021 təlimlərinin gedişində “hərbi-dəniz müharibəsi sənəti və elmini inkişaf etdirmək”, eksperimental texnologiyaları qiymətləndirmək, bütün dünya üzrə mübahisəli mühitlərdə bir neçə dəniz birləşməsinin birgə hərbi gücündən, məlumatlardan, silahlardan və platformalardan istifadə etmək niyyətindədir.

Birləşmiş qərargah rəisləri komitəsinin sədri general Mark Milli avqustun 2-də bəyan edib ki, müharibəyə hazırlıq üçün Birləşmiş Ştatlar yaxın 10 ildə 50-dək yeni texnologiyanı mənimsəməlidirlər.

Mənim hərbi-dəniz baxışıma görə, sözlərin miqdarı və amerikalı strateqlərin pafosu aqlobal münaqişə reallığndan uzaqlaşdırır. Eksperimentlər və konsepsiyalar aşkar surətdə hərbi məşqlərin effekivliyini üstələyirlər.

ABŞ-ın Strateji və beynəlxalq tədqiqatlar mərkəzi (CSIS) daha əvvəl Əfqanıstandakı məğlubiyyətin əsas səbəblərini müəyyən edib: “Hərb tarixi bilikləri çatmır, satrteji düçüncə ilə bağlı ciddi problemlər var”. Həmçinin “qoyulmuş vəzifələrin tələb olunan səylərlə uzlaşdırmaq” bacarığının olmamasından, “Rusiya, Çin və İrana qarşı plasdarm yaratmağa” cəhd etməkdən, “hərbi üstünlüyə malik superdövlət statusunun gətirdiyi özündənrazılıq”dan söhbət gedir. Nəticə: ABŞ hərbi rəhbərliyi və mülki məmurları “faciəvi şəkildə səhv ediblər”.

Mənə elə gəlir ki, bu əhvalat Dünya okeanında təkrar olunur. Large Scale Exercise 2021 təlimlərinin planları ehtimal olunan düşmənin yüksək dəqiq raket silahı ilə çevik əks fəaliyyətinin reallıqlarını nəzərə almırlar. Kiməsə elə gəlir ki, ABŞ aviadaşıyıcı qrupunu üfüqdə görəndə bütün rusiyalı və çinli dənizçilər qorxudan donmalı və dərhal bu sərmayə və konsepsiya yığınına təslim olmalıdırlar. Lakin iyunda Britaniyanın eskadra mina gəmisinin Krım yaxınlığında başına gələnlər göstərdi ki, Qara dənizdə “qırmızı xəttin” keçilməsi halında “mübahisəli mühitdə” ABŞ HDQ-nin “hökmranlığı”nın başına nə gələ bilər.

Pentaqonun cəsarətli eksperimentçilərini Cənubi Çin və Şərqi Çin dənizlərində də analoji şəkildə qarşılaya bilərlər – ÇXAO HDQ öz aviadaşıyıcı qrupları ilə bir neçə təlimlərin keçirilməsinin anonsunu verib.

Sputnik.az

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)