Flaş / Gündəm / Azərbaycan
Rasim Pənahov: İsfəndiyar Vahabzadə kimi agentlər 1 nömrəli pravakatorlardır
Əvvəla ağıllı insanlar it kimi bir-birinə hürümürlər. Ağıllı insanlar sakitcə öz məqsədinə çatmaq üçün çalışırlar. Əgər hürürlərsə, deməli onları hürdürən var.
Bunu azca təfəkkürü olan hər birimiz bilirik ki, əgər kimsə açıq-aşkar millətçilik edirsə, deməli həmin adam pravakatordur. Hay-küylə milliliyimizi qoruya bilmərik, milliliyi içimizdə bəsləyib işimizi görməliyik.
Bunu da hamı bilir ki, dünya terrorunun yaradıcısı Amerika dövləti Zbiqnev Bzejinski kimi bəşəri düşmənlərin ssenarisi əsasında milli qırğınlar salıb Sovet lttifaqını dağıtdılar. Bu hadisələr başlanğıc idi. Sonrakı planları keçmiş postsovet ölkələri arasında düşmənçilik toxumu səpmək, parçala hökm sür taktikası ilə hər birimizi öz vassalına çevirmək idi.
Birdəfəlik başa düşməliyik ki, istər rus olsun, istər azərbaycanlı, gürcü və sair, əgər kimsə qonşu dövlətə qarşı açıq-aşkar düşmənçilik siyasəti aparırsa, deməli bu adam ya xarici agentdir, ya da dəlidir. Hamı bilir ki Jirinovski xarici adentdir, o adamın hər bir çıxışı rus xalqına düşmən qazandırır. Jirinovskilər yalnız cahillər üçün qəhrəman görünə bilər.
Jirinovskinin əlinə əsası kim verir? Bizim "vətənpərvər" agentlərimiz! Neçə illərdi bəziləri antirusiya, bəziləri antiiran təbliğatı aparır. Bilin agah olun, bu insanlar Azərbaycan xalqının, dövlətinin qatı düşmənləridir.
İndi gəlin xalq içində xal qazanmaq istəyən İsfəndiyar Vahabzadədən danışaq. Ay İsfəndiyar, sən yalnız cahillər üçün qəhrəman ola bilərsən. Allah bizi sizin kimi bəlalardan qorusun. Sən bilə-bilə bilirsənmi nə etdin? Əgər Rusyada azərbaycanlılara qarşı qətllər törədilərsə, əsil qatil sən olacaqsan. Tanrı bizi bircə o bəladan qorusun.
Ay İsfəndiyar, sən bir nömrəli pravakatorsan!
Sənin kimi pravakatorlar cəzalanmasa, bizi böyük təhlükələr gözləyir.
Sənin dabbaqda gönünə bələdik.
Sizlər öz mənafeyiniz xətrinə bu xalqı çox aldatmısınız!
Mövzu linkləri: