Azərbaycan / İqtisadiyyat-Azərbaycan
15:11, 07 iyul 2021
306
0

BFB-nin dövriyyəsi yanvar-iyunda 75% artıb


Bu ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 303 059 970 manat təşkil edib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 75%, ilkin bazar üzrə ticarət həcmində 76%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 74%, repo əməliyyatları üzrə isə 286% böyümə qeydə alınıb.

2021-ci ilin iyun ayının son ticarət günü üzrə BFB-nin kapitallaşması ilin əvvəlinə nisbətən 9% artaraq 4 234 334 813 manat təşkil edib.

 

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)