Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
Amerikanlar Əfqanıstanı hansı nailiyyətlə tərk etdilər?
Cəmil Şirvanov
Qərbin Əfqanıstana qarşı hərbi əməliyyatları 2001-ci ildə başladı. Müttəfiqlər bu müddət ərzində bütün məqsədlərinə çatmasalar da Əfqanıstanda bəzi dəyişikliklər edə bildilər. Yeni siyasi sitem quruldu, Konstitusiya qəbul edildi, seçkilər keçirildi, Usama Ben Laden öldürüldü və sairə. Lakin hərbi koalisiya qüvvələrini Əfqanıstandan çıxartdığı üçün əldə edilən bütün nailiyyətlər tükdən asılı vəziyyətdədir. Bir çox ekspertlər Əfqanıstanda hakimiyyətin tezliklə Taliban tərəfindən zəbt edilməsini istisna etmirlər. Onlar isə rəsmi Kabilin siyasi kursunu və dəyərlər sistemini qəbul etmədiklərini dəfələrlə açıq şəkildə bəyan ediblər.
Son 20 il ərazində Əfqanıstanda müttəfiqlərə qarşı kifayət qədər etiraz əhval-ruhiyyəsi formalaşıb. ABŞ-ın narkotik istehsalına və onun daşınmasına himayədarlıq etməsi böyük narazılıq doğurur. ABŞ ordusunun bu işə birbaşa rəhbərlik etməsi barədə heç bir birbaşa sübutumuz yoxdur. Lakin BMT-nin məlumatları var ki, Əfqanıstanda koalisiya qüvvələrinin yerləşdirilməsindən sonra orada narkotik istehsalı əvvəlki illərə nisbətən dəfələrlə artıb. Çox güman ki, amerikalılar narkotrafikin qarşısını almağı öz qarşılarında məqsəd kimi qoymayıblar. Bunun bir səbəbi narkotik biznesi ilə məşğul olan əfqanları özünə qarşı çıxarmamaqdırsa, digər səbəbi isə həmin narkotiklərin ABŞ ərazisinə gedib çatmamasıdır. Avropaya, Rusiyaya gedir getsin. Bundan Amerikaya nə?
Talibanla davam edən 20 illik müharibədə də əsaslı uğurlar əldə edilmədi. Əksinə, həmin təşkilatın daha da radikallaşmasına gətirib çıxartdı. Xatırladırıq ki, Əfqanıstana edilən hərbi müdaxiləyə qədər orada kamikadze terrorçu yox idi.
Britaniya, SSRİ, Qərb koalisiyasının Əfqanıstandakı təcrübəsi onu göstərir ki, o torpaqlara dəyişikliyi yadellilərin silahı gücünə gətirmək olmaz. Əfqanlar azadlıqsevər və döyüşkən xalqdırlar. Əfqanıstanı sivilizasion dünya dövlətləri sırasına qaytarmaq yalnız həmin regionda yerləşən bütün dövlətlərin iqtisadi və başqa sahələrdə birgə səyi nəticəsində mümkündür.
Mövzu linkləri:
Həmçinin oxuyun:
6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə
Məmməd Süleymanov: SSRİ hələ də günahkardır
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
"Talibanın" sözcüsü Suheyl Şahin: Bütün xarici qüvvələr Əfqanıstandan çıxmalıdır
Taliban və Əfqanıstan hökuməti 1 ay ərzində sülh təklifini yazılı şəkildə təqdim edəcəklər