Flaş / Dünya / Siyasət-Dünya
Lavrov: Əfqanıstanda vəziyyət sürətlə pisləşir
Rusiya XİN: Moskva təkcə münaqişə tərəfləri arasında fəal dialoq deyil, həmçinin danışıqların formatlarının genişləndirilməsinə də tərəfdardır.
Əfqanıstanda vəziyyət getdikcə daha da pisləşir. Demotiya.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Təəssüf ki, son günlər biz vəziyyətin sürətlə deqradasiyasının şahidi olduq. <...>", — deyə Lavrov "Mərkəzi və Cənubi Asiya" adlı konfransın plenar iclasında bildirib.
Diplomat baş verənləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqələndirib.
Onun fikrincə, "qeyri-sabitliyin qonşu dövlətlərə keçməsi" riski var. Bundan əlavə, diplomat qeyd edib ki, bu, terror təhlükəsini və narkotiklərin onsuz da həddən artıq genişlənmiş qanunsuz dövriyyəsi problemini bir az da gücləndirir.
"Moskva təkcə münaqişə tərəfləri arasında fəal dialoq deyil, həmçinin danışıqların formatlarının genişləndirilməsinə də tərəfdardır", - deyə Lavrov fikrini tamamlayıb.
Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır.
2020-ci ildə Vaşinqton və Taliban nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.
Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya departamentinin direktoru Zamir Kabulov hesab edir ki, müharibə daha iki ay da davam edə bilər, amma Taliban yaraqlılarının ölkənin qəzalarının yarıdan çoxunu artıq ələ keçirmələrinə baxmayaraq, respublikanı tam ələ ala bilməyəcəklər.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Yanaşmalardakı fərqlər, Aİ ilə qarşıdurma, Əfqanıstan: Ryabkovdan vacib suallara cavablar
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
ABŞ Əfqanıstandan çıxarkən belə xaos və terrorla ətraf ölkələrə təhlükə yaradır
Putin və Lukaşenko Sankt-Peterburqda vacib bəyanat verdilər
Baş prokuror Kamran Əliyev MDB baş prokurorlarının müşavirəsində iştirak edib