Flaş / Siyasət-Dünya
Bəşər Əsədin andiçmə mərasimi keçirilib
Suriyada keçirilən prezident seçkilərində qələbə çalan Bəşər Əsəd and içib.
Mərasimdə parlament sədri və üzvləri, siyasətçilər, partiya liderləri, elm və ictimai xadimlər iştirak ediblər.
Bu barədə Suriyaın dövlət xəbər agentliyi olan “SANA” agentliyi məlumat verir.
Andiçmə mərasimindən sonra Əsəd xalqa müraciət edib. O deyib ki, xalqın birliyi sayəsində Suriya özünü kifayət qədər müdafiə etdi.
Suriyada prezident seçkiləri 26 mayda keçirilib. Ölkənin bütün əyalətlərində 12 min, habelə xaricdəki diplomatik nümayəndəliklərində 46 seçki məntəqəsi yaradılmışdı. Seçkilərdə ümumilikdə 14,2 milyon suriyalı iştirak edib, seçici fəallığı 78,64% olub. Rəsmi məlumata görə, hazırkı dövlət başçısı Bəşər Əsəd seçicilərin 95,1% -nin dəstəyini alaraq qələbə qazanıb.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir
Moldovada parlament seçkilərində prezident Maya Sandunun partiyası qələbə qazanıb
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Avrasiya İqtisadi Birliyi
6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə