Flaş / İqtisadiyyat-Region / İqtisadiyyat-Azərbaycan
Azərbaycan Ümumrusiya Sığortaçılar Birliyi ilə əməkdaşlıq edəcək
Ümumrusiya Sığortaçılar Birliyinin (ÜSB) prezidenti İqor Yurgens Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) dəvəti ilə ölkədə işgüzar səfərdədir.
ASA-dan verilən məlumata görə, səfər çərçivəsində ÜSB-nin prezidenti İ. Yurgenslə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında baş tutan görüşdə sığorta sektoru ilə bağlı mühüm məsələlər müzakirə edilib. Daha sonra rusiyalı sığortaçı ilə ASA-da görüş keçirilib. Görüşdə ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev və icraçı direktor Elmar Mirsalayev iştirak ediblər. Azərbaycanın sığorta sektorunda son illər qeydə alınan inkişaf göstəricilərinə toxunan görüş iştirakçıları, sığorta sektorunun davamlı və dayanıqlı maliyyə sisteminin formalaşmasındakı əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Avrasiya İqtisadi Birliyi
Baş prokuror Kamran Əliyev MDB baş prokurorlarının müşavirəsində iştirak edib
Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir
Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik ünvanlayıb