Flaş / Dünya / Siyasət-Dünya
Britaniya "Taliban"la əməkdaşlığa hazır olduğunu bəyan edib
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Əfqanıstan Prezidenti Əşrəf Qəni və "Taliban"ı ölkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb. Əfqanıstanda on illərlə sürən münaqişədən sonra Prezident Əşrəf Qəni hakimiyyəti "Taliban"la birgə işləməlidir.
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles "Daily Telegraph"a müsahibəsində bildirib.
Nazir bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə "Taliban"la əməkdaşlıq etməyə hazırdırlar:
"Hakimiyyətdən asılı olmayaraq, Britaniya hökuməti onlarla beynəlxalq hüquq normalarına riayət olunacağı təqdirdə əməkdaşlıq edəcək".
Nazirin sözlərinə görə, onlar insan hüquqlarını pozarlarsa krallıq istənilən əlaqəsinə yenidən baxacaq.
O, ölkəsinin "Taliban"la perspektivdə əlaqəsinin ziddiyyətli olacağını etiraf edib. Bununla belə Əfqanıstan Prezidenti Əşrəf Qəni və "Taliban"ı ölkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb.
Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkənin 85 faizinə nəzarət etdiyini iddia edir.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Yanaşmalardakı fərqlər, Aİ ilə qarşıdurma, Əfqanıstan: Ryabkovdan vacib suallara cavablar
Valeri Korovin. "İmperiya ərəfəsində". Milli Təhlükəsizlik Konsepsiyasında geopolitik metod
ABŞ Əfqanıstandan çıxarkən belə xaos və terrorla ətraf ölkələrə təhlükə yaradır
6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir