Flaş / Dünya / Siyasət-Dünya
Ərdoğan və Si Cinpin danışıqları barəsində iki fərqli açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Çin dövlət başçısı Si Cinpin arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanır ki, telefon danışığı zamanı iki tərəfli əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çindəki Uyğur türklərinin vəziyyətlərini müzakirə etdiyi və onların haqlarının qorunmasının zəruri olduğunu Xi Çinpinqə dediyi bildirilir.
Çin Xarici İşlər Nazirliyi isə yaydığı məlumatda əlaqələrdən və əməkdaşlıq məsələlərindən söz açıb. Bundan əlavə Çin XİN qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan Çin dövlət başçısına Türkiyə ərazilərinin Çinə qarşı istifadə olunmayacağını və separatçı fikirləri dəstəkləməyəcəklərini diqqətə çatdırıb.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Aleksand Duqin: İlham Əliyev — müdrik və uğurlu siyasətçidir
Yanaşmalardakı fərqlər, Aİ ilə qarşıdurma, Əfqanıstan: Ryabkovdan vacib suallara cavablar
Baş prokuror Kamran Əliyev MDB baş prokurorlarının müşavirəsində iştirak edib
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir