Flaş / Gündəm / Siyasət-Dünya
Pakistan: ABŞ-a heç bir hərbi baza verməyəcəyik
Pakistan Daxili İşlər naziri bir mətbuat konfransı zamanı Əfqanıstandakı sülh məsələsinin əhəmiyyətinə toxunaraq, İslamabadın hərbi bazanın ABŞ-a verilməməsi mövqeyini vurğulayıb.
Pakistan Daxili İşlər naziri Şeyx Rəşid ABŞ əsgərlərinin Əfqanıstandan çıxdığını iddia edərək, İslamabadın hərbi bazanın ABŞ-a verilməməsi qərarına sadiq qalmağa davam edəcəyini təkrarlayıb:
"Hökümət və müxalifət bu mövzuda eyni mövqedədir. Pakistan Əfqanıstanda sülhün bərqərar olmasını istəyir. "Taliban"la danışıqlara başlamaq yalnız Pakistan üçün deyil, bütövlükdə bölgə üçün vacibdir. İslamabad Əfqanıstandakı əməliyyatlar üçün Pakistan bazalarını heç kimə verməyəcək. Heç bir super güc Pakistanı göz ardı edə bilməz. Bizə qarşı heç bir təzyiq yoxdur".
"Taliban"ın yanaşmasının dəyişdiyini qeyd edən Rəşid Pakistanın siyasətinin də dəyişdiyini və İslamabadın Əfqanıstandakı xalqının dəstəyini alan istənilən hökuməti tanıdığını söyləyib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ABŞ Əfqanıstandan çıxarkən belə xaos və terrorla ətraf ölkələrə təhlükə yaradır
Taliban və Əfqanıstan hökuməti 1 ay ərzində sülh təklifini yazılı şəkildə təqdim edəcəklər
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
"Talibanın" sözcüsü Suheyl Şahin: Bütün xarici qüvvələr Əfqanıstandan çıxmalıdır
Baş prokuror Kamran Əliyev MDB baş prokurorlarının müşavirəsində iştirak edib