Flaş / Siyasət-Dünya
Taliban və Əfqanıstan hökuməti 1 ay ərzində sülh təklifini yazılı şəkildə təqdim edəcəklər
"Taliban" sözçüsü sülh danışıqlarının sürətləndiyini və qrupun gələn aya qədər sülh planını Kabil hökuməti ilə yazılı şəkildə paylaşacağını söyləyib.
"Taliban" sözçüsü Zabihullah Mücahid "Reuters"ə bildirib ki, qrup gələn aya qədər Kabil hökumətinə yazılı bir sülh təklifi təqdim etmək niyyətindədir: "Önümüzdəki günlərdə sülh danışıqları prosesi sürətlənəcək və təbii olaraq sülh planı ilə bağlı olacaq danışıqlar gözlənilir. Mühüm bir mərhələyə daxil oluruq. Yəqin ki, tərəflərin yazılı təkliflərini bölüşməsi bir ay çəkəcək. Döyüş meydanında Taliban üstünlüyə sahib olsa da ancaq danışıqlar və dialoq mövzusunda da çox ciddidir".
Digər tərəfdən, Əfqanıstan Sülh Nazirliyinin sözçüsü Najiya Anvari, Əfqanıstan arasında danışıqların yenidən başladığını təsdiqləyib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
Çin Xarici İşlər Nazirliyinin sözcüsü ABŞ-dan İrana qarşı sanksiyaları ləğv etməyi tələb edib
Ərdoğana imperiya yaratmaq olar, amma Putinə yox?
Avrasiya İqtisadi Birliyi